Yuxarı

Abramyan azərbaycanlı arvadı ilə Ermənistandan qaçdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norayr Abramyan Ermənistanı tərk etməyə məcbur olub. Vətənində onu azərbaycanlı qızla evləndiyinə görə izləyiblər.

Virtualaz.org xəbər verir ki, bu barədə “La Montayn” nəşri yazıb.

Abramyan ailəsi ilə birlikdə Ermənistandan Rusiyaya köçüb və burada 3 il yaşayıb. Sonradan ailə Fransaya gedib və siyasi sığınacaq alıb. İndi onlar Orliyak şəhərində yeni həyat qurmağa çalışırlar.

Fransız nəşri qeyd edib ki, 36 yaşlı, arıq sifətə və hiyləgər pişik gözlərinə malik Norayr Abramyan son 15 ildə üzləşdiyi çətinliklərdən danışıb. Keçmiş sürücü və avtomexanik başına gələnləri nəql edib. Xristian ölkəsində azərbaycanlı müsəlman qızla evləndikdən sonra ona gün verməyiblər.

“İnsanlar məni təhqir edir və təhdid edirdilər, - Abramyan deyir. – Onlar deyirdilər ki, boşanım və məni o zaman rahat buraxacaqlar. Günlərin birində mənə hücum etdilər və kürəyimdən bıçaqla vurdular”.

Xəstəxanada müalicə aldıqdan sonra qərara gəlirlər ki, Ermənistanı tərk etsinlər. İki il Moskvada qeyri-leqal işlərdə çörəkpulu qazanıb. Sonradan polisin əlinə keçib və onları deportasiya ediblər.

“Rusiyada miqrantlara 3 aydan artıq yaşamağa icazə vermirlər. Mən isə polisə pul verməklə 3 il yaşadım”, - Abramyan danışır.

2008-ci ildə onu ölkədən qovarkən, Norayr qaçaqmalçı ilə dil tapır və yük maşınında Avropaya keçir. “Orilyakda iki il qaçqınlar üçün düşərgədə yaşadıqdan sonra oğlumuz oldu və mənzilə köçdük”, - Abramyan deyir.

Hazırda o, gecə supervayzeri kimi çalışmaq üçün təlim keçir. Heç bir sənədi olmayan azərbaycanlı həyat yoldaşının isə işləmək hüququ yoxdur.

Məqalədə Norayrın azərbaycanlı həyat yoldaşının adı çəkilmir, heç fotoşəkli də dərc edilməyib. Buna görə də, Abramyanın bu əhvalatı şübhə doğurur. Ola bilsin ki, sığınacaq ala bilmək üçün o, erməni arvadını azərbaycanlı kimi təqdim edib və bunu sübut edəcək heç bir sənəd də yoxdur.

Tarix
2017.08.13 / 17:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla