Yuxarı

Tələbələr niyə kirayə ev tapa bilmir? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Universitetə yeni qəbul olan tələbələr kirayə ev tapmaqda çətinlik çəkirlər.

Axar.az ARB TV-yə istinadən xəbər verir ki, ev tapmaq üçün maklerə üz tutan və internet üzərindən axtarış verən tələbələr heç cür uyğun qiymətə ev tapa bilmirlər. Daxil olduqları universitetlər üzrə qeydiyyatdan keçməyə gələn tələbələri və onların valideynlərini də hazırda ən çox düşündürən məqam kirayə ev məsələsidir.

"Bakı Dövlət Universiteti"nə qeydiyyatdan keçmək üçün Qəbələ rayonundan gəlmişəm. Yataqxanada qalmağı fikirləşirəm. Çünki kirayə mənzilin qiyməti baha olur", - deyə Elcan Səfərəliyev adlı tələbə bildirib.

Kirayə mənzil bazarındakı hazırki vəziyyətini şərh edən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, iyunun sonundan sentyabrın sonuna qədər olan dövr bazarda tələb və təklifin əks istiqamətlərdə kəskin dəyişdiyi mərhələ hesab edilir. Dərs ilinin başa çatması ilə boş mənzillərin sayı kəskin artır, tələb isə azalır. Bu da qiymətlərin 15-20 faizə yaxın aşağı düşməsinə səbəb olur.

Əsasən ucuz mənzillərə üz tutan tələbələrin seçdiyi yerlər isə daha çox "28 May" və "Elmlər Akademiyası" metrostansiyaları arasındakı ərazilərdir.

Tarix
2017.08.19 / 00:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla