22:57
Bu dəqiqələrdə Bakının Gəncə prospektində, Dövlət Sərhəd
Xidməti Akademiyasının qarşısında faciəvi avtoqəza baş
verib.
Axar.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata
görə, 90 HR 892 dövlət nömrə nişanlı "Mersedes" avtomobili yoldan
keçən piyadanı vurub. Piyada hadisə yerindəcə keçinib.
Hazırda təcili yardım və Xətai RPİ-nin Yol polisi şöbəsinin
əməkdaşları hadisə yerindədirlər. Xətai RPİ YPŞ-nin əməkdaşı Anar
İbişov bildirib ki, sürücü polis idarəsinə aparılıb, ölənin
şəxsiyyətinin müəyyənləşdirilməsi və hadisə ilə bağlı araşdırma
başlayıb.
***
23:15
Baş verən yol hadisəsi ərazisində daha bir qəza yaşanıb.
Axar.az əməkdaşı xəbər verir ki, piyadanın ölümü ilə bağlı
qəzanı araşdıran polis əməkdaşı qəza yeri olmasına baxmayaraq,
sürətlə hərəkət edən 90 ET 042 dövlət nömrə nişanlı "Hyundai
sonata" markalı avtomobilə saxla işarəsi versə də, "Hyundai"
sürücüsü sürəti artıraraq uzaqlaşmağa çalışıb. Bu zaman hadisə
yerinə gələn 10 YP 571 dövlət
nömrə nişanlı polis avtomobili "Hyundai"nin qarşısında manevr edib.
Beləliklə, Nobel prospektinə adlayan "Hyundai" avtomobili
Naxçıvanski Ali Hərbi Məktəbinin yaxınlığında sözügedən polis
avtomobilinə çırpılıb. Nəticədə "Hyundai sonata" avtomobilində olan
azyaşlı uşaq xəsarət alıb.
"Hyundai sonata" avtomobili sürücüsünün polis əməkdaşları ilə
ciddi mübahisə etdiyi, hətta əsəblərinə hakim olmadığı bildirilir.
Hadisə yerində qalmaqal yaşanır.
Əməkdaşımızın sözlərinə görə, hadisə yerinə əlavə polis
qüvvələri çağırılıb. Digər polis əməkdaşları Gəncə prospektində
avtomobillərin hərəkətini təmin etməyə çalışırlar. Buna baxmayaraq,
yoldan keçənlər sıxlaşmaqda davam edir və yol büsbütün tıxanıb.
Əməkdaşımızın sözlərinə görə, "Hyundai" sürücünün qeyri-normal
idarəetməsinə görə onun içkili olub-olmadığını yoxlamaq istəyən
polis əməkdaşlarına həm sürücü, həm də ətrafda yığışanlar mane
olur. Xətai RPİ DYP şəbəsinin əməkdaşı leytenant Vüsal Səmədov
polis əməkdaşlarından birinin qalmaqalda xəsarət aldığını Axar.az-a
təsdiqləyib. Ancaq çəkiliş aparmağa icazə verməyib.