Yuxarı

Bakıda külli miqdarda qızıl oğurlayanlar tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polis əməkdaşları tərəfindən mülkiyyət əleyhinə olan cinayətlərlə mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Bakı şəhər sakini Vüqar Məmmədov Nərimanov Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək avqustun 20-dən 27-nədək evdə olmadığı müddətdə mənzilinə naməlum şəxs və ya şəxsləri daxil olduğunu və seyfdə saxladığı külli miqdarda qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Nərimanov RPİ əməkdaşları tərəfindən isti izlərlə və peşəkarlıqla həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qeyd edilən cinayətin Abşeron rayon sakinləri – Fəxri Nərimanlı, Nurlan Məmmədov və qohumu Qara Məmmədov tərəfindən törədildiyi müəyyən edilib və adları çəkilən şəxslər saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

Qeyd edək ki, mənzilə dəstə üzvləri F.Nərimanlı və N.Məmmədov daxil olub. Hadisədən sonra qeyd edilən şəxslər dəstənin digər üzvü Q.Məmmədovla görüşüblər.

Q.Məmmədov oğurlanan qızılları öz şəxsiyyət vəsiqəsi ilə Nəsimi rayonu ərazisində yerləşən lombarda və ticarət mərkəzlərindən birində satıb.

Qeyd edilən faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Tarix
2017.09.02 / 12:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla