Yuxarı

Prokuror nazir qardaşına dələduzluq edənə cəza istədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova qarşı dələduzluq etməkdə təqsirli bilinən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

O, Samir Nəbiyevin 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

İttihama görə, Samir Nəbiyev iş adamı Əlikram Camalova birgə biznes qurmağı təklif edib. O, Əlikram Camalovdan icarəyə götürüb işlətdiyi “Brend Elektrik” mağazasına yatırım etməsini istəyib. Əvəzində qazancın yarısını ona vəd edib. Əlikram Camalov razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə Samir Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat pul verib. Samir Nəbiyev vəsaiti mənimsəyərək, Əlikram Camalova qaytarmayıb.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

Əlikram Camalov kəndli fermer təsərrüfatının təsisçisi və Müdafiə Sənayesi naziri Yavər Camalovun qardaşıdır.

Tarix
2017.09.05 / 10:52
Müəllif
Hacı Zeynalov
Şərhlər
Digər xəbərlər

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla