Yuxarı

“Avto Radio”da 12 nəfər niyə işdən çıxdı? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avto Radio” ilə bağlı məsələ ciddi bir şey deyil. Əvvəllər əməkdaşlıq edilən şirkətlə müqavilənin vaxtı bitdiyi üçün indi də növbəti prodakşnla müqavilə imzalanıb.

Bu sözləri Axar.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə aid 107.7 FM dalğasında yayımlanan “Avto Radio”nun idarəçiliyinin “Beat Group” şəbəkəsinə verilməsi barədə danışarkən deyib. M.Ağayevin sözlərinə görə, “Avto Radio”nun fəaliyyətinin təşkili məqsədilə bir sıra prodakşn şirkətlərlə əməkdaşlıq edilir:

“Əvvəlki prodakşnla imzalanmış müqavilə sona çatıb. Bu səbəbdən “Beat Group” şəbəkəsi ilə əməkdaşlığa başlanılıb”.

Qeyd edək ki, “Avto Radio”nun rəhbəri Cavid Nemətzadə mətbuata açıqlamasında bildirib ki, rəhbərlik radionu “Beat Group”a həvalə edib:

“Artıq radionu “Beat Group” idarə edəcək. Onlar həmçinin radionun adını dəyişdirərək “Avto FM” ediblər. 15 nəfərlik kollektivdən mən də daxil olmaqla 12 nəfər işdən çıxıb”.

Tarix
2017.09.19 / 14:52
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla