Yuxarı

Gülər Əhmədovanın səhhəti ilə bağlı açıqlama - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədova huşunu itirdiyi üçün hakim Əlisultan Osmanovun sədrliyi ilə keçən iclas yarımçıq qaldı.

Proses başlamamışdan əvvəl dəmir barmaqlıqlar arxasında olan sabiq deputatın vəziyyəti pisləşəndən sonra dərhal təcili tibbi yardım çağırıldı. G.Əhmədovanın səhhəti qənaətbəxş olmadığına görə, proses noyabrın 25-dək təxirə salındı.

Hazırda həbsdə olan keçmiş millət vəkilinin səhhəti ilə bağlı təcridxanadakı tibb məntəqəsinə yerləşdirildiyi deyilir. "Modern.az"a açıqlamasında Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov bildirib ki, Gülər Əhmədovanın palataya yerləşdirilməsinə heç bir zərurət yoxdur.

Onun sözlərinə görə, sabiq millət vəkilini səhhəti hazırda normaldır, həyatı təhlükəsi yoxdur.

"Məhkəmədən qayıdanda da səhhəti stabil olub. Gülər Əhmədovanın səhhəti nəzarət altındadır. Onun xəstəxanaya köçürülməsinə heç bir zərurət yoxdur".

Gülər Əhmədovanın halının pisləşməsinə eşitdiyi bəd xəbər səbəb olub. Belə ki, ötən məhkəmə prosesində dövlət ittihamçısı Gülər Əhmədovaya Cinayət Məcəlləsinin 62-ci (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi tətbiq edilməklə 4 il müddətinə azadlıqdan məhrum edilmə cəzası verilməsini istəyib.

Qeyd edək ki, iclasdan öncə mediada belə xəbərlər dolaşırdı ki, guya Gülər Əhmədovanın özünə bildirilib ki, oxunacaq hökmdə 2 il şərti cəza veriləcək.

Onda tezliklə azadlığa çıxacağına əminlik yaransa da, məhkəmə iclasından əvvəl eks-deputata 3 il azadlıqdan məhrumetmə cəzası veriləcəyi deyilib. Bu xəbərdən sonra təzyiqi qəfil qalxan Gülər Əhmədovanın səhhəti pisləşib.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G.Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə) maddələri ilə təqsirləndirilir.

Tarix
2013.11.22 / 15:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə bu ölkə ilə ticarəti kəsdi: milyardlardan imtina etdi

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla