Yuxarı

Milli Məclisdən vəkillərə “yaşıl işıq” - Qadağa olmayacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisdə ilk oxunuşda müzakirə olunası və nümayəndələrin birinci və ikinci instansiya məhkəməsində iştirakını qadağan edən qanun dəyişikliyi müzakirəyə qoyulmayacaq.

Axar.az xəbər verir ki, bu sözləri hüquqşünas Fərhad Mehdiyev “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişiklik layihəsinin Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyindən çıxarılması barədə danışarkən deyib. O, qanun layihəsinin müzakirəsinin müvəqqəti olaraq dayandırıldığını bildirib:

“Həqiqətən də bu dəyişikliklə vəkillərin iş yükü inanılmaz dərəcədə artacaq, hüquqi xidmətin qiyməti yüksələcək, lakin keyfiyyəti azalacaq, vətəndaşların məhkəməyə çatım imkanları məhdudlaşacaqdı. Hüquqşünaslar olaraq keçirdiyimiz tədbir vasitəsilə qanun lahiyəsinin fəsadlarını ictimaiyyətə çatdırdıq. Hüquqşünasların da nəzərinə çatdırırıq ki, qanun lahiyəsinin müzakirəsinin dayandırılması müvəqqətidir. Bakalavr dərəcəsində hüquqşünasların nümayəndə qismində çıxış edə bilmələri üçün öz səylərimizi davam etdirməliyik”.

Qeyd edək ki, bundan öncə Ali Məhkəmə Milli Məclisə Prosessual Məcəlləyə, İnzibati Prosessual Məcəlləyə və Vəkillik fəaliyyəti haqqında Qanuna dəyişikliklər edilməsi haqda qanun layihəsi təklif edib. Təklif edilən layihədə bütün məhkəmə işlərində fiziki şəxslərin təmsilçiliyinin (nümayəndəliyinin) Vəkillər Kollegiyasının üzvü olan hüquqşünaslara verilməsi, Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünasların isə məhkəmə təmsilçiliyinin ləğvi nəzərdə tutulurdu.

Tarix
2017.10.20 / 15:48
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Slovakiya baş naziri Bakıda

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Robert Fiko Azərbaycana gəlir

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla