Ana səhifə Toplum |
Ayfon-8 və Ayfon-8 Plus cihazlarıının Azərbaycanda rəsmi təqdimatçısı olan “Azərsell Telekom” müştərilərinə yeni kampaniya təqdim edib.
Şirkətdən Axar.az-a verilən məlumata görə, kampaniya çərçivəsində yeni abonentlər 109 manat ödəməklə “iPhone 8” smartfonunu əldə edə biləcəklər.
Bundan əlavə, onlar hər ay 30 GB həcmində “Hədsiz” internet paketini əldə edəcəklər.
Qurumun açıqlamasında deyilir ki, 20-26 oktyabr tarixlərində sifarişlərini öncədən həyata keçirən abunəçilər isə ilk ay üçün “Hədsiz” tarifindən pulsuz istifadə qazanacaqlar.
Öncədən sifariş kampaniyasına qoşulmaq üçün abunəçilər oktyabrın 20-26-da "Azərsell"in rəsmi veb səhifəsindən (www.azercell.com) sifarişi qeyd etməli, 27 oktyabr-3 noyabr tarixlərində isə "Azərsell"in Müştəri Xidmətləri Mərkəzlərinə yaxınlaşmalıdırlar (telefonların sayı məhduddur).
Qeyd etmək lazımdır ki, Ayfon-8 və Ayfon-8 Plus mobil telefonları "Ayfon"un ən yeni nəsil modelləri olub, yeni kamera sistemi və dizaynı ilə seçilir.
Tarix
2017.10.20 / 18:36
|
Müəllif
Axar.az
|