Yuxarı

Kompüter arxasında oturma: şikəst olmaq istəmirsinizsə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kompüter həyatımızın ayrılmaz hissəsinə çevrilib. Təəssüf ki, bu texnoloji alətin sağlamlığımıza bir çox mənfi təsiri var.

Kompüter arxasında düzgün oturmamağın yaratdığı fəsadlarla bağlı Axar.az-a danışan fizioterapevt osteopat həkim Südabə Əliyeva bildirib ki, hər zaman əzələlər işlək, onurğa sütunundakı fəqərəarası disklərin hamısı elastik olmalıdır:

“Onurğa sütunu oturaq həyatı sevmir, hərəkətdə olmaq lazımdır. Kompüter arxasında oturan şəxslər onurğa sütununda olan sıxılmaların qarşısını almaq üçün hər 35-45 dəqiqədən bir gəzişməli və yaxud gimnastik hərəkətlər etməlidirlər. Kompüter arxasında oturarkən kresloda əyləşmək düzgün deyil. Çünki həmin kreslolarda əyləşən zaman iki döş fəqərəsi də önə əyilərək fəsadlar yaradır. Hətta bəzən pasient gələndə onun sağ və sol döş qəfəsində kresloların yeri görünür. Bu da əlbəttə ki, boyun yırtıqlarına, döş fəqərəsində olan yırtıqlara, ən əsası bel fəqərəsində olan fəqərəarası disk yırtıqlarına gətirib çıxarır. Ona görə kompüter stulunun sökənəcəyi düz olmalıdır. Nə çox önə, nə də çox arxaya oturmaq lazımdır, rahat əyləşmək lazımdır. Ümumiyyətlə, avtomobil sürən şəxslər də oturacaqlarını çox arxada saxlayırlar. Bunun da fəsadları çox olur. Düzgün oturuş qaydalarına riayət etməmək boyun və bel yırtıqlarının əmələ gəlməsinə səbəb olur”.

Qeyd edək ki, kompüter qarşısında düzgün oturmamaq yalnız bel ağrılarına deyil, həm də gözlərə ciddi sürətdə mənfi təsir edir. Dünyanın məşhur həkim oftalmoloqları da tövsiyə edirlər ki, peşəsi ilə əlaqədar olaraq uzun müddət kompüter qarşısında əyləşən şəxslər kompüterdən ən azı 70 sm aralıda əyləşməli və hər yarım saatdan bir 10 dəqiqə gözlərə fasilə verməlidirlər. Kompüterlə işləyən zaman gözlərin ağrımaması üçün otağın işıqlandırılması da önəmli faktorlardan biridir.

Tarix
2017.11.01 / 02:00
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla