Yuxarı

Binəqədi şossesi nə zaman istifadəyə veriləcək?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azəravtoyol” ASC tərəfindən təmir edilən Binəqədi şossesində işlər tamamlanmaq üzrədir. Artıq bəzi istiqamətlərdən gələn avtomobillərin yoldan istifadə edə biləcəklər. Ayın sonunda isə yol tam olaraq sürücülərin ixtiyarına veriləcək.

Bu barədə Musavat.com-a açıqlama verən “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, Binəqədi şossesində avtomobillərin artıq hərəkətinə başlanılıb və ayın sonunda tam şəkildə istifadəyə veriləcək: “Bu layihə Bakı şəhərində vətəndaşların gediş-gəlişini təmin etmək, həmçinin yağış-kanal sistemini təkmilləşdirilməsi ilə əlaqədar olaraq prezident İlham Əliyevin tapşırıq və sərəncamları əsasında həyata keçirilir. Artıq Binəqədi şossesində yenidənqurma işlərinin ikinci mərhələsi aparılır. Hazırda yolun asfaltlanması işlər görülür. Yenidən qurulan yolun uzunluğu 2,6 kilometrdir. İki gediş, iki gəliş olmaqla 4 hərəkət zolağı enində bərpa olunub. Yolun hərəkət hissəsinin eni 15 metr olacaq. Ümumilikdə piyada səkiləri ilə birlikdə yolun eni 19 metrdir. Çünki orada piyada səkiləri də yenidən qurulur. Hər iki tərəfdə 1,5 metr enində piyadaların rahat hərəkəti üçün piyada səkiləri qurulacaq”.

A.Nəcəfli bildirdi ki, Binəqədi şossesində işlərin birinci mərhələsi artıq başa çatıb: “Bu mərhələdə şosse boyunca bütün kommunikasiya xətləri yenisi ilə əvəz olundu. Bəzi xətlər yoldan kənarlaşdırıldı, ətrafda yaşayan əhali, həmçinin sənaye və iaşə obyektləri tərəfindən yola doğru məişət-çirkab suları axıdılırdı. Onun qarşısı alındı. Bundan başqa intensiv yağışlar zamanı yolun su ilə dolmasının qarşısını almaq məqsədi ilə Biləcəri yolu ilə gələn istiqamətdə 4-cü qapı küçəsi ilə kəsişmədə tullantı suaları üçün nəzərdə tutulmuş kanalın suyunun Binəqədi şossesinin altına ötürülməsi üçün nəzərdə tutulmuş və ötürmə qabiliyyətini itirmiş köhnə boru yenisi ilə əvəz olundu. Yol boyu ümumilikdə 2,8 km uzunluğunda yağış kollektoru inşa olundu. Bunun ardınca yol səthindən yağış sularının kənarlaşdırılması üçün kollektora yönəldilməsi məqsədilə yolun hər iki istiqaməti üzrə 300 mm-lik drenaj borular çəkildi və yağış barmaqlıqları qoyuldu. Bu yenidənqurma işləri çərçivəsində 6 yerdə avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacağa daxil olub çıxmasını təmin etmək üçün ciblik hissələr və dayanacaqlar qurulacaq. İaşə obyektlərinin qarşısında kiçik parkinq əraziləri qurulacaq. Yolun işıqlandırma sistemi tam olaraq yenilənir. Yol nişanları və xətlənmə işləri aparılıb, yaxın müddət ərzində vətəndaşların istifadəsinə veriləcək”.

“Azəravtoyol” sözçüsü onu da qeyd etdi ki, hazırda Biləcəri istiqamətindən gələn avtomobillər üçün yol açıqdır: “Sürücülər Biləcəri istiqamətindən gəlib Binəqədi, Mehdiabad, Digah istiqamətlərinə gedə biləcəklər. Hazırda asfaltlanma işləri getdiyi üçün yolun digər hissəsi bağlıdır. Bu ayın sonuna qədər işlərin tam olaraq yekunlaşmasını planlaşdırırıq. Ancaq yol ayın sonuna kimi bağlı olmayacaq, asfalt vurulub yekunlaşan kimi orada hərəkət bərpa olunacaq. İşıq dirəklərinin yol nişanlarımnın qoyulması kimi işlər var ki, onların da ayın sonuna kimi yekunlaşması planlaşdırılır”.

Tarix
2017.11.02 / 21:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla