Yuxarı

Millət vəkili Malayziya və Tailand nümayəndələri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Malayziya və Tailandın Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyalarının rəhbərləri ilə görüşüb.

Axar.az xəbər verir ki, millət vəkili görüşdə Malayziya Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidenti Sariman Məhəmməd Sabudinə Azərbaycanın Malayziya ilə əməkdaşlığın inkişafına önəm verdiyini bildirib.

Müzakirələr zamanı millət vəkili Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Qarabağ həqiqətləri ilə bağlı geniş məlumatlar verib. Q.Paşayeva görüşdə Azərbaycanın mədəniyyəti, turizm və iqtisadi potensialı ilə bağlı da danışıb.

İki ölkənin qadın siyasətçiləri, iş adamları, qeyri-hökumət və KİV nümayəndələri arasında münasibət və qarşılıqlı səfərlərin, əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin vurğulandığı görüşdə qarşılıqlı dəstəyin artacağına inam ifadə edilib.

Millət vəkili Tailand Biznes və Peşəkar Qadınlar Federasiyasının rəhbəri Kunyinq Natthika Vattanavekin Anqubolkul ilə görüşdə isə ölkəmizdə qadınların cəmiyyətdə rolunun artırılması və bu istiqamətdə həyata keçirilən layihələrdən söz açıb.

Q.Paşayeva Tailand nümayəndə heyəti ilə Qarabağ həqiqətləri haqda fikir mübadiləsi aparıb.

Tarix
2017.11.10 / 13:33
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla