Yuxarı

"ISMA BIKES"ın satış mərkəzi istifadəyə verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın ilk milli velosiped brendi “ISMA BIKES”ın “Qoşa çarx” adlı ilk sərgi-satış mərkəzi istifadəyə verilib.

Axar.az xəbər verir ki, Bakı metrosunun “20 Yanvar” stansiyası yaxınlığında, Respublika Velotreki ərazisində açılan Mərkəzin fəaliyyətə başlaması velosiped həvəskarları tərəfindən böyük maraqla qarşılanıb.

Ötən il dövlətimizin başçısı İlham Əliyevin iştirakı ilə istifadəyə verilən İsmayıllı velosiped zavodunda “Made in Azerbaijan” brendi ilə həvəskar və peşəkar idmançılar, həmçinin uşaqlar üçün müxtəlif tipli velosipedlər istehsal edilir. İllik istehsal gücü 30 min velosiped olan zavod açılarkən üç model üzrə velosiped istehsalına başlayıb. Cəmi bir neçə ay ərzində mühəndis-konstruksiya işləri genişləndirilərərək modellərin sayı 50-yə çatdırılıb. Son üç ayda zavodda 5 minə yaxın velosiped istehsal edilib. İsmayıllı velosiped zavodu Azərbaycanın ən iri özəl investisiya şirkətlərindən biri olan “Synergy Group”un tərkibində fəaliyyət göstərir.

“Qoşa çarx” sərgi-satış mərkəzinin açılışında çıxış edən zavodun direktoru Elçin Qəhrəmanov bildirib ki, burada alıcılara təkcə velosipedlər deyil, həmçinin müxtəlif aksesuarlar, ehtiyat hissələri və servis xidmətləri də təklif olunur. Satılan bütün məhsullara bir illik zəmanət verilir.

Açılışda yerli radiostansiyalardan birində həyata keçirilən velomüsabiqənin qalibi olmuş Faiq İsgəndərova “Synergy Group” MMC-nin icraçı direktoru İsmayıl Süleymanov tərəfindən “ISMA SYNERGY” velosipedi təqdim edilib.

Bu cür mərkəzlərin ölkəmizin digər bölgələrində də açılması planlaşdırılır.

Tarix
2017.11.14 / 20:59
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla