Yuxarı

Bakıdan Yaponiyaya növbəti birbaşa reys açılacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın “Aviation Wire” saytının yaydığı məlumata görə, dekabrın 29-dan başlayaraq Azərbaycanın “Silk Vey Vest Eyrlayns” aviaşirkəti Yaponiyanın Kansay aeroportuna yük təyyarələrinin birbaşa uçuşunu təşkil edəcək.

Axar.az xəbər verir ki, həftədə bir dəfə, cümə günlərində reallaşacaq reyslər Bakıdan Osakaya uçacaq.

Məlumatda qeyd edilir ki, İpək yolunun üzərində yerləşən Azərbaycan Asiya ilə Avropa arasında yükdaşımalarında mühüm rol oynayan strateji əhəmiyyətli nəqliyyat qovşağıdır. Bakıdan Osakaya 7L608 reysini həyata keçirəcək təyyarə səhər saat 5:00-da havaya qalxacaq və yerli vaxtla saat 19:00-da Osaka aeroportuna enəcək. Reysi həyata keçirmək üçün şirkətə məxsus 113 ton yükgötürmə qabiliyyətinə malik “Boeing 747-400” və ya 134 ton yükgötürmə qabiliyyətinə malik “Boeing 747-8F” təyyarələrindən istifadə ediləcək.

Əlavə olaraq bildirilir ki, Azərbaycandan Yaponiyanın Komatsu aeroportuna artıq iki ildir ki, birbaşa yük təyyarələri uçur.

Tarix
2017.12.07 / 20:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla