Yuxarı

Reyhan Camalova cihazının iş prinsipini göstərdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc azərbaycanlı Reyhan Camalovanın yağış suyundan enerji əldə edən qurğusu bəşəriyyət üçün önəmli kəşflərdən biri hesab olunur.

Axar.az xəbər verir ki, ixtirası ilə Azərbaycanı qürurlandıran Reyhan cihazının iş prinsipini əyani olaraq Xəzər TV-yə bölüşüb.

Əvvəlcə yağış suyu xüsusi çənə toplanır. Daha sonra pərlər vasitəsilə fırladılaraq enerji alınır. Bununla da kiçik lampalar işıqlandırılır. İlkin model vasitəsilə qısa müddət ərzində lampaları işıqlandırmaq mümkündür.

Qurğunun prototipi hazırda 22 vatt enerji istehsal edir. Reyhan Camalova deyir ki, hazırda bu enerjini çoxaltmağın üzərində işləyir. Beynəlxalq forumda layihə xarici investorların diqqətini cəlb edib.

Qurğunun tam işə düşməsi üçün müəyyən qədər vəsait tələb edilir. Test rejimində yoxlanacaq cihazın ölçüləri də böyük olacaq

Reyhan Camalova yeni qurğunu sinif yoldaşı Zəhra Qasımzadə ilə birgə hazırlayıb.

Alternativ enerji mənbələrinin dünyada aktuallaşdığı indiki dönəmdə "Reynerji” qurğusunun tam gücü ilə işə salınması olduqca real görünür.

Tarix
2017.12.07 / 23:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla