Yuxarı

“Azərsell”in prezidenti tələbələrlə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərsell Telekom MMC ölkəmizdə təhsilin inkişafına yönəlik fəaliyyətini davam etdirir. Aparıcı universitetlərlə əməkdaşlıq edən, təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yardım göstərən, tələbələrin inkişafına dair müxtəlif proqramlar təşkil edən şirkətin nümayəndələri həmçinin, mütəmadi olaraq tələbələrlə görüşlər də keçirir. Belə görüşlərdən biri dekabrın 14-də Bakı Mühəndislik Universitetində baş tutub.

Şirkətdən Axar.az-a verilən məlumata görə, Azərsell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov və tələbələrlə görüşüb. Görüşdə Unversitet ilə yeni əməkdaşlıq prespektivləri müzakirə olunub. Vahid Mürsəliyev rəhbərlik etdiyi şirkətin ali təhsil ocaqları ilə əməkdaşlıqda, təhsilin ikişafına təkan verən layihələri dəstəkləməkdə maraqlı olduğunu bildirib: ““Azərsell”fəaliyyətə başladığı gündən indiyə qədər gənclərə, tələbələrə dəstək verib. Xüsusilə də texniki sahədə təhsil alan tələbələrin peşəkar inkişafı, onların sahibkarlıq və biznesə cəlb olunması üçün biz təqaüd və təcrübə proqramları təşkil edir, Bakıda və regionlarda bir sıra universitetlərlə əməkdaşlıq layihələri imzalamışıq” - deyən şirkət prezidenti Azercell-in bundan sonra da tələbələrə dəstək olacağını bildirib, onlara təhsillərində və gələcək karyeralarında uğurlar diləyib.

Vahid Mürsəliyev tələbələrə öz həyat yolu və “Azərsell”in 21 illik fəaliyyəti haqqında da məlumat verib. Görüşün sonunda şirkət prezidenti tələbələr tərəfindən ona ünvanlanan sualları cavablandırıb.

Qeyd edək ki, “Azərsell Telekom” ilə Azərbaycanın müxtəlif ali təhsil ocaqları arasında sıx əməkdaşlıq mövcuddur. Bakı Dövlət Universiteti, Xəzər, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Gəncədə Azərbaycan Texnologiya Universiteti, Lənkəran Dövlət Universiteti əməkdaşlıq memorandumları imzalanıb . Əməkdaşlıq çərçivəsində tələbələrin peşəkar inkişafı, innovasiya və sahibkarlıq sahələrinə cəlb olunmasına, eləcə də universitetlərin elmi-texniki və tədris bazasının inkişaf etdirilməsinə dair müxtəlif layihələr həyata keçirilir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Tarix
2017.12.15 / 17:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Baxçalı “Əhməd Cavad Şərəf” medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla