Yuxarı

Azərbaycandakı tolerantlıq digərlərinə nümunədir - Kuper

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 22-də ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbərinin müavini ravvin Abraham Kuper Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) olub.

DQİDK–dan Axar.az-a bildiriblər ki, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Abraham Kuperin və onun təmsil etdiyi mərkəzin Azərbaycan həqiqətlərinin təbliğində fəal rol oynadıqlarını diqqətə çatdırıb. Sədr dekabrın 21-də Bakıda keçirilən “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda konfransda fəal iştirak etdiyinə görə ona təşəkkürünü bildirib.

Mübariz Qurbanlı öz əhəmiyyətinə görə xüsusi diqqət çəkən konfransın Prezident İlham Əliyevin təşəbbüsü ilə növbəti il də təşkil ediləcəyini söyləyib. O, dinlər və mədəniyyətlərarası dialoqun davam etdirilməsinin zəruriliyinin nəzərə alındığını və bu prosesin davam etdirilməsi üçün Koordinasiya Şurasının yaradılacağını vurğulayıb. Komitə sədri şuraya yəhudi icmalarının da üzv olacaqlarına və fəal iştirak edəcəklərinə ümidvar olduğunu qeyd edib.

Abraham Kuper bu cür mühüm konfransa dəvətə görə təşəkkürünü bildirib. Konfransın əhəmiyyətinə toxunan qonaq Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlığın, dinə münasibətin ölkələr tərəfindən nümunəvi model kimi qəbul olunduğunu və bəyənildiyini vurğulayıb.

Tarix
2017.12.22 / 19:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla