Yuxarı

2017: iqtisadi böhranlar, kataklizmlər... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ağsaqqallar Şurasının 2017-ci ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının üzvləri, millət vəkilləri, alimlər və başqa şəxslər iştirak ediblər.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov bildirib ki, 2017-ci il də Azərbaycan xalqının həyatında əlamətdar il olub: “Dünyada hökm sürən iqtisadi böhranlara, ciddi kataklizmlərə baxmayaraq, Azərbaycanda sabitlik hökm sürür. Böyük iqtisadi böhranlar insanları sıxır. Bu böhranların nəticəsində böyük qaçqın ordusu yaranır. Belə bir vaxtda Azərbaycan prezidenti cənab İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində ölkəmiz sabit, əmin-amanlığın hökm sürdüyü ölkə kimi tanınır. Dini tolerantlıq, multikultural siyasətin həyata keçirilməsi ilə Azərbaycan dünyanın ümid yerinə çevrilib. Bir neçə gün əvvəl Bakıda “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfrans onu göstərdi ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən prezident İlham Əliyevin islam həmrəyliyi strategiyası təkcə ətraf ölkələri deyil, bütün ölkələri əhatə edir. Bunun üçün çox böyük iradə, cəsarət lazımdır. Dövlət başçısının rəhbərliyi altında əldə olunan nəticələr vətəndaşları, eləcə də biz ölkə ağsaqqallarını sevindirir. Cənab prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edir, ona can sağlığı, Azərbaycanın inkişafına naminə böyük uğurlar arzulayıram”.

İclasda akademik Əhliman Əmiraslanov və akademik Ömər Eldarov Azərbaycan Ağsaqqallar Şurasının Fəxri fərmanları ilə təltif ediliblər.

Sonra Azərbaycan Ağsaqqallar Şurasının 2017-ci ilin yekunlarına həsr olunmuş hesabat məruzəsi dinlənilib. Hesabatda bildirilib ki, bu il Azərbaycan Ağsaqqallar Şurası respublikanın ictimai, siyasi, mədəni həyatında yaxından iştirak edib, geniş tədbirlər keçirib. Ölkə ağsaqqalları aparılan quruculuq işlərində yaxından iştirak edib, ictimai həyatın müxtəlif sahələrinin inkişafına öz töhfələrini veriblər.

Prezident Administrasiyası ictimai – siyasi şöbəsinin məsləhətçisi Rasim Mirzəyev Azərbaycan Ağsaqqallar Şurasının 2017–ci il üzrə hesabatının qənaətbəxş olduğunu bildirib.

Millət vəkili, politoloq Elman Nəsirov isə deyib ki, Azərbaycanda hökm sürən sabitliyin kökündə Azərbaycan prezidenti İlham Əliyevin məqsədyönlü, sistemli siyasəti dayanır. Millət vəkili Azərbaycanın dünyada mövqeyinin gücləndiyini diqqətə çatdırıb.

İclas çıxışlarla başa çatıb.

Tarix
2017.12.23 / 15:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla