Yuxarı

Leyla Şıxlinskaya dedi ki, səni tutduracam – Məhkəmə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Leyla Şıxlinskaya” Klinikasında baş mühasib işləyən Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə klinikanın baş mühasib Şəhla Abbasova ifadə verib.

O qeyd edib ki, klinikanın rəhbəri Leyla Şıxliniskaya ilə əvvəllər münasibətləri yaxşı olub:

“Hər gün xəstələr qeydiyyat şöbəsinə yaxınlaşırdı və onlar da həkimlərə yönəldilirdi. Qeydiyyat şöbəsində olan pullar da mühasibə göndərilirdi. Klinikada olan xərclər barədə mənə məlumat verilirdi. Cinayət işi başlanmamışdan əvvəl yoxlama oldu. Hələ Leyla xanım bizə mükafat da verdi ki, yaxşı işləmisiz. Sonra bizim münasibətlərimiz pozuldu. Bir neçə dəfə işdən çıxmağımla bağlı ərizə yazdım, lakin Leyla Şıxlinskaya mənimlə barışdı. Sonda kadrlar şöbəsinə sənədlərimi verdim. Həmin gündən sonra klinikada yoxlama başlanıldı. Mən "çıxmaq istəyirəm" deyəndə, Leyla Şıxliniskaya dedi ki, səni tutduracam. Bir neçə həkim öz xoşu ilə oradan ayrılmayıb".

Növbəti proses yanvarın 4-də davam edəcək.

“Leyla Şıxlinskaya” Klinikasında baş mühasib işləyən Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayeva Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313- cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.

Cinayət işi Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Xatırladaq ki, “Leyla Şıxlinskaya” Klinikasının keçmiş baş mühasibi Şəhla Abbasova 4 il əvvəl Leyla Şıxlinskaya ilə mübahisəyə görə işdən ayrılıb.

Leyla Şıxlinskaya hüquq-mühafizə orqanlarına müraciət edərək, keçmiş işçilərini 804 min 343 manat vəsaiti ələ keçirməkdə ittiham edib.

Tarix
2017.12.26 / 10:47
Müəllif
Hacı Zeynalov
Şərhlər
Digər xəbərlər

Baxçalı “Əhməd Cavad Şərəf” medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla