Yuxarı

20 Yanvar şəhidlərinin ailələri ilə görüş keçirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin "İstanbul Beynəlxalq Qardaşlıq və Yardımlaşma Dərnəyi"nin Azərbaycandakı nümayəndəliyi, Gəncliyə Yardım Fondu və 20 Yanvar Fondunun təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin ailələri və əlillərlə görüş keçirilib.

APA-nın xəbərinə görə, hökumət, QHT və KİV nümayəndələrinin iştirak etdiyi tədbirdə 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr edilmiş videoçarx nümayiş olunub.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bu günümüzü, gələcəyimizi şəhidlərə borclu olduğumuzu vurğulayıb və 20 Yanvar faciəsinin içimizdəki müstəqillik düşüncəsini alovlandırdığını deyib.

Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim 20 Yanvarın təkcə hüzn günü deyil, həm də şərəf günü olduğunu deyib.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov isə çıxışında bu günədək 20 Yanvar cinayətini törədənlərin beynəlxalq məhkəmə tərəfindən cəzalandırılmadığına görə təəssüfləndiyini bildirib.

Tədbirdə millət vəkili Qənirə Paşayeva, Musa Qasımlı da çıxış ediblər.

Görüşün sonunda 180 şəhid ailəsinə və əlilə ərzaq yardımı paylanılıb.

Tarix
2018.01.18 / 22:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Başkəndin İrəvana verilməsi… - Musabəyov “düzəltdi”

Sərhəddə insident: erməni hərbçilər döyüldü - Video

Paşinyan müxalifətin Bakı ilə bağlı təklifini rədd etdi

İlham Əliyev Sahibzadə Sultan Əhməd Əlini qəbul etdi

Nikolun “modeli”ni bəyanatda kim tapsa, 500 dollar verəcəm

Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla