Yuxarı

O zaman millət bunun üçün birləşmişdi – Bülbüloğlu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xalqı 1990-cı il yanvarın 20-də baş vermiş faciəni heç vaxt unutmayacaq.

Report-un məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Qanlı Yanvar" hadisələrinin 28-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

Səfir SSRİ-nin dağılması prosesinin məhz elə 1990-cı ilin yanvar hadisələrindən, hökumətin dövlətin öz vətəndaşlarının üzərinə tank sürdürməsindən sonra başladığını qeyd edib: "O zaman millət milli qürurun qalib gəlməsi istəyi ilə birləşmişdi. Azərbaycanlıların partiya biletlərini kisələrdə gətirib küçənin ortasında yandırdıqlarını yaxşı xatırlayıram".

O həmçinin Azərbaycan səfirliyinin binasının əbədi olaraq bu faciə ilə əlaqəli olduğunu xatırladıb: "1990-cı il yanvarın 21-də Heydər Əliyev bu binaya gələrək törədilən hadisənin cinayət olduğunu deməkdən çəkinməyib. Bu, həmin bədxah addıma ilk siyasi qiymət idi. Ölkənin bütün ideoloji sistemini ittiham etmək böyük cəsarət tələb edirdi".

Onun fikrincə, Azərbaycan xalqı var olduqca həmişə şəhidlərini xatırlayacaq: "Azərbaycan bü gün dünyanın hesablaşdığı suveren dövlətdir. Bu, Azərbaycan xalqına qarşı əl qaldırmağa cəsarət edən təcavüzkarlara ən yaxşı cavabdır".

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfirliyinə gələn Azərbaycan diasporunun üzvləri, Moskva ziyalılarının nümayəndələri və Rusiya akkreditə olunmuş diplomatik nümayəndəliklərin əməkdaşları faciə qurbanlarının xatirəsinə gül dəstələri və gül çələngləri qoyublar.

Yanvar şəhidlərinin ruhuna ehsan verilib.

Tarix
2018.01.19 / 17:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla