Yuxarı

AŞPA-da Dilqəm və Şahbaz müzakirəsi: ikili standartlar…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva AŞPA-da Azad Demokratlar Qrupu toplantısında Ermənistanın qeyri-qanunu girov saxladığı azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələ qaldırıb.

Axar.az xəbər verir ki, millət vəkili AŞPA və Avropa İnsan Haqları Komissarının Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün Ermənistana ciddi təzyiq göstərməməsinə etiraz edib.

Q.Paşayeva təşkilatı onların pozulan insan haqlarının müdafiəsində daha fəal olmağa çağırıb:

“Dilqəm Əsgərov və Şahbaz Quliyevə edilən əziyyətlər və ailələrinin yaşadığı böyük üzüntü barədə məlumatlar verərək təmsil olunduğumuz qrupu da bu məsələni xüsusi diqqətdə saxlamağa çağırdıq. Bu məsələni Avropa İnsan Haqları üzrə Komissarı vəzifəsinə namizədlərin qrup üzvləri qarşısında çıxışı zamanı da xüsusi diqqət mərkəzində saxladıq. Onlara suallarımız zamanı bildirdik ki, hazırkı insan haqları komissarının bu məsələ ilə bağlı fəaliyyəti hiss olunmur və biz bundan çox narazıyıq”, - Q.Paşayeva media açıqlamasında bildirib.

Deputat çıxışında qeyd edib ki, Avropa insan haqları üzrə komissarı Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün heç bir ciddi addım atmayıb:

“Avropa insan haqları komissarı vəzifəsinə seçkilərdə səs verməzdən öncə hansı namizədin bu məsələlərə xüsusi diqqət yetirəcəyini bilmək istəyirik və mövqeyimizdə də bu məsələ xüsusi rol oynayacaq. Çünki yeni seçiləcək komissardan ikili standartlara yol vermədən Ermənistanın işğalçılığı üzündən evinə dönə bilməyən azərbaycanla qaçqın və məcburi köçkünlərin öz evlərinə dönməsi haqlarının ciddi müdafiə olunmasını, azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün ciddi səylər göstərməsini gözləyirik”.

Tarix
2018.01.23 / 15:59
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla