İnsanlar ömürləri
boyunca bir sıra səhvlərə yol verirlər ki, bunlar da cəzasız
qalmır. Bəzi ölkələr insanları cəzalandırmaq üçün azadlıqdan məhrum
etməni seçsə də, çox sərt cəzalar tətbiq edən ölkələr də
var.
Ölüm cəzası necə reallaşdırılır?
Ölüm cəzasının bir neçə növü var. Bir sıra Avropa ölkələrində
aktual ölüm cəzası zəhərli iynə, elektrik stulundan istifadədir.
Səudiyyə Ərəbistanında isə ən aktual cəza növü şallaqlar,
daşqalaqlar vasitəsi ilə günahkarı cəzalandırmaqdan ibarətdir.
Şallaqların sayı isə günahın növünə görə təyin edilir.
Dünyanın ən dəhşətli edam cəzası isə 2012-ci ildə Cənubi
Koreyada icra edilib. Belə ki, matəm günü saymamazlıq edən
zabitlərdən birinə dünyada analoqu olmayan ölüm hökmü verilib. Onu
yüksək bir nöqtəyə qoyaraq üzərinə top mərmisi atıblar. Məqsəd isə
onun ölüsünün belə tapıla bilməməsi olub.
Qeyd edək ki, edamdan sonra mərhumun cəsadinə aid cəmi bir neçə
tikə tapılıb.
Bəsit səbəblərə görə verilən ağır cəzalar
Bəzi ölkələr var ki, orada bəsit səhvlərə görə belə, rahatlıqla
edam cəzası verilə bilər. Bu ölkələrdən biri də Sudandır. Burada
İslam dinindən imtina edənlər ya həbs edilir, ya da ölüm cəzası ilə
cəzalanırlar. Bu ölkədə həm də homeseksuallara qarşı da fərqli edam
növündən istifadə edilir. Bu cür cütlüklərin sayının azalması
məqsədi ilə təyin olunan edam növündə cütlüklərdən biri qarşı
tərəfin gözləri qarşısında ağır işgəncələr ilə öldürüldükdən sonra,
o biri edam edilir.
Nə qədər təəccüblü də olsa, Pakistanda ateistlərə - Allahdan
imtina edənlərə, onu təhqir edənlərə ölüm cəzası verilir. Burada
insanlara dinində azadlıq verildiyi bildirilsə də, açıq şəkildə
İslam dinindən imtina edənlərin vəziyyəti elə də asan olmur.
Ən dəhşətli edamların ev yiyəsi Yaponiya
Yaponiya da edam cəzasının bol olduğu ölkələr sırasındadır.
Burada ölüm cəzası alan şəxs 6 il dəmir barmaqlıqlar arasında
asılacağı günün təyin olunmasını gözləyir. Və gün çatdıqda onun
gözlərini bağlayaraq ölümün gerçəkləşəcəyi meydana gətirirlər.
Yaponiyada ölüm cəzasına məhkum olunmuş şəxslər xüsusi gizli
kameralarda saxlanılınır ki, bu kameraların yerindən isə ölkədə
kimsənin xəbəri yoxdur.
Qeyd edək ki, Yaponiyada ölüm hökmünü gerçəkləşdirən cəlladlara
250-260 dollar mükafat verilir.
Edamların sayına görə ilk üçlükdə Çin, İran və İraq dayanır.
Səudiyyə Ərəbistanında isə edam edilənlərin əksəriyyəti oğurluq
ucbatından həyatlarına vida etməli olurlar.
Ən qorxunc edam cəzalarının tətbiq olunduğu
ölkə
Dünyada ən vəhşi edam cəzaları Çində baş tutur. Bu ölkədə edam
zamanı günahkarın başının yanında qaynar sac hazırlanır. Başı
kəsilən adamın başını isə həmin qaynar sacın içinə basdırırlar ki,
ölən öz gözləri ilə öz cansız bədənini görə bilsin. Onların
fikrincə, qaynar saca girmiş başın gözlərində müvəqqəti görmə
qabiliyyəti canlanır və o öz cansız bədənini görə bilir. Ən
dəhşətlisi isə odur ki, onlar ən ağır cinayət törətmiş cinayətkarın
cansız bədəninin dərisini insanların gözləri önündə soyub dənizə
atırlar.
Qeyd edək Çində ölümə məhkum olunanların əksəriyyəti uyğur
türkləridir.