Yuxarı

“Azərtac”dan Koreyaya məktub - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərtac”dan Koreyaya məktub - Video

Xarici ölkələrin xəbər agentliklərinin rəhbərləri “Pxençan-2018” Qış Olimpiya Oyunları ilə bağlı Koreya Respublikasının Yonhap agentliyinə təbrik məktubları ünvanlayıblar.

Azərtac xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.

Agentlik bildirir ki, “Pxençan-2018” Olimpiadasını işıqlandırmaq üçün təsis edilən və müxtəlif ölkələrdən 54 xəbər agentliyini özündə birləşdirən PNN (Pyeongchang News Servise Network) platformasına qoşulan agentliklərin rəhbərləri Olimpiya Oyunları ilə bağlı səmimi arzularını dilə gətiriblər.

Dünya Xəbər Agentlikləri Konqresinə, habelə Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA) sədrlik edən AZƏRTAC-ın baş direktoru Aslan Aslanov təbrik məktubunda Olimpiya Oyunları kimi möhtəşəm idman tədbirinin işıqlandırılmasında koreyalı həmkarlarına uğurlar arzulayıb. Əmin olduğunu bildirib ki, Yonhap-ın peşəkar kollektivi bu işin öhdəsindən yüksək səviyyədə gələcək.

Xəbərdə Qış Olimpiya Oyunları ilə əlaqədar İtaliyanın ANSA agentliyinin baş direktoru Cüzeppe Çerbone, Yaponiyanın Kyodo agentliyinin prezidenti Masaki Fukuyama, Slovakiyanın TASR agentliyinin baş direktoru Vladimir Puçala, İordaniyanın Petra agentliyinin rəhbəri Feysəl əş-Şbul, həmçinin Qətər, Kipr, BelTA, İİNA və Sudan agentlikləri tərəfindən də təbrik məktubları göndərildiyi qeyd olunur.

Təbrik məktubları haqqında Yonhap agentliyinin televiziyasında -“Yonhapnyus TV”də süjet yayımlanıb. Süjetdə AZƏRTAC-ın baş direktorunun videotəbriki də yer alıb.

Qeyd edək ki, AZƏRTAC və Yonhap Dünya Xəbər Agentlikləri Konqresi və OANA çərçivəsində, həmçinin ikitərəfli formatda yüksək səviyyəli əlaqələr qurub. On ildir əməkdaşlıq edən iki agentlik OANA İcraiyyə Komitəsinin 2015-ci ildə Seulda keçirilmiş 39-cu iclası çərçivəsində yeni tərəfdaşlıq Sazişi imzalayıb.

Tarix
2018.02.02 / 14:24
Müəllif
Axar.az
Digər xəbərlər

Kürd qruplaşmaları azərbaycanlılara çağırış etdilər

Azərbaycan AB-nin xüsusi diqqətinə layiqdir - Leterm

Qasım Süleymani Qarabağda şəbəkə qurmuşdu - Ağabekyan

ABŞ-ın İrana qarşı 2 planı alınmadı - C planı işə düşdü

İran raketlərlə hücum etdi: azərbaycanlılar da yaralandı

İranın bu müharibədə qələbəsi qaçılmazdır - Ekspert

Ölkədə bu heyvan ətlərinin satışına qadağa qoyulur?

Paşinyanla seçkidə yalnız o rəqabət apara bilər

XIII Qlobal Bakı Forumu başa çatdı

Yaxın Şərqdə münaqişə çox uzun çəkəcək, buna hazırlaşın!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla