Yuxarı

Baramanın qalibləri mükafatlandırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Barama İnnovasiya və Sahibkalıq Mərkəzi, “Azərsell” və PAŞA Bankın dəstəyi ilə Bakı Dövlət Universitetində yerləşən, tələbələrin özünü inkişaf laboratoriyası olan Barama Media Mərkəzi tərəfindən gənclik üçün möhtəşəm şans olan "Science via Media" layihəsi uğurla tamamlanıb və qaliblərə mükafatlar təqdim edilib.

Şirkətdən Axar.az-a verilən məlumata görə, qaliblərin məyyən edilməsi Yutub kanalı və münsiflər tərəfindən verilən ballar əsasında baş tutub.

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov və Bakı Dövlət Universitetinin Mətbuat Xidmətinin rəhbəri Pərvanə İbrahimova tədbirin əvvəlində çıxış edərək "Science via Media"nın gəncləri monoton təhsil vərdişlərindən fərqli olaraq elmin praktiki və görünməyən sahəsinin işıqlandırılmasına cəlb edəcəyini, müsabiqə üçün hazırlanacaq video çarxlar vasitəsiylə həm müsabiqədə iştirak edəcək gəncliyin, həm də ümumi toplumun məlumatlanmasına və faydalanmasına töhfə verəcəyini qeyd ediblər.

Həmçinin, 19 Fevral 2018 tarixində Bakı Dövlət Universitetində baş tutan bağlanış mərasmində “Technote” startupının rəhbəri Fərid Pərdəşünas, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və tanınmış aktyor, video bloger Əlixan Rəcəbovun təqdimatında media sahibkarlığı mövzusunda panel müzakirə də rellaşıb. Müzakirələr zamanı tələbələrə mediada startuplar, yeniliklər haqqında təcrübədən doğan məlumatlar verilərək, onların sualları cavablandırılıb.

“Science via Media” müsabiqəsində 1-ci yeri Nigar Abbasova və Vüsalə Hacıyeva “X (Məchul)” adlı çarxla, 2-ci yeri Ayna Zərbəliyeva və Çiçək Məmmədova “Genetik Yaddaş” çarxı ilə və 3-cü yeri Nurlan Salamov “Klonlama” mövzusunda hazırladığı video-çarxla qazandılar.

Qeyd edək ki, "Science via Media" layihəsi yarış formatında baş tutmuş və layihə elmi izahların media dilində topluma çatdırılmasıyla gənclərin elmə, təhsil, özünü inkişafa olan maraqlarını artırmağı hədəfləyərək 5 mövzuda gənclərdən iştirakçı qismində videolar qəbul edib.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Tarix
2018.02.20 / 10:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla