Yuxarı

“Azərsell” sertifikata layiq görüldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərsell Telekom MMC insan qaynaqları sahəsində yüksək beynəlxalq sertifikata layiq görülüb.

Axar.az xəbər verir ki, Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” beynəlxalq səviyyədə daha bir uğura imza atıb. Şirkət güclü liderliyin, korporativ mədəniyyətin və insan resurslarının idarə olunması təcrübəsinin davamlı inkişafının göstəricisi olaraq “Investors in People” (IIP) - İnsana Sərmayə Standartının tələbləri üzrə dəyərləndirilərək QIZIL sertifikatı qazanıb. Azercell ölkəmizdə Qızıl sertifikat qazanan ilk şirkət olmaqla yanaşı, MDB məkanında belə bir uğura imza atan yeganə telekommunikasiya şirkətidir.

Azərsell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev şirkətin bu sertifikata layiq görülməsini böyük uğur hesab edir: “Yarandığı ilk gündən etibarən Azercell İnsan Qaynaqlarının idarə olunmasında beynəlxalq təcrübədən yararlanıb. Şirkətin bu sahədə apardığı bütün proseslər, mövcud sistem ən müasir beynəlxalq təcrübəyə uyğundur. İlk dəfə olaraq şirkətimiz bu Sertifikatın alınması üçün irəli sürülən tələblərin hamısına cavab verərək 2004-cü ildə Standartı, 2011 və 2014-cü illərdə isə Gümüş Sertifikatını əldə edib. 2018–ci ilin yanvar ayında keçirilən sertifikasiya zamanı isə Azercell güclü performans göstərməklə işçilərini yüksək səviyyədə idarə etdiyini artıq beynəlxalq səviyyədə sübut edərək, Qızıl Sertifikatına layiq görülüb. Onu da vurğulayaq ki, 1996-2017-ci illər ərzində insan qaynaqlarının inkişafına şirkət tərəfindən toplam 23.338.153,45 USD sərmayə qoyulub ki, bu da kifayət qədər böyük göstəricidir. Fəaliyyət göstərdiyimiz sahələrdə olduğu kimi, İnsan Qaynaqlarının idarə olunmasında da liderik.”

Azərsell Telekom MMC-nin İnsan Qaynaqları Departamentinin direktoru Ziba Mustafayeva şirkətin IIP sertifakatını qazanması üçün ciddi yoxlamadan keçdiyini bildirib: “Investors in People İnternational “şirkəti “Azərsell”də 9 fəaliyyət göstəricisi üzrə yoxlama aparib. Qızıl səviyyəli IIP akkreditasiyası zamanı qiymətləndirici, işçilər arasında keçirilən onlayn sorğuya, səfəri zamanı “Azərsell”in əməkdaşları ilə təkbətək müsahibələrinə, həmçinin insan qaynaqlarının idarə olunması təcrübəsi üzrə audit yoxlamasının nəticəsinə əsaslanıb. Bu sertifikat İnsan Qaynaqlarının idarə olunmasında bizim inkişaf göstəricimizdir”

“Investors in People International” şirkətinin prezidenti Paul Devoy da “Azərsell”in Qızıl Sertifikat qazanmasını böyük uğur kimi dəyərləndirib: “Azərsell”i təbrik edirik. “Investors in People” akkreditasiyası yüksək səviyyəli işəgötürən, çalışanlar üçün arzu olunan məkan və uğura aparan aydın yoldur. “Azərsell” əldə etdiyi bu nəailiyyətdən böyük qürur hissi keçirməlidir"

Qeyd edək ki, tək və yeganə İnsan Qaynaqları üzrə Keyfiyyət Standartı olan “Investors in People” standartı ilk dəfə 1991-ci ildə İngiltərədə tətbiq edilməyə başlayıb. Beynəlxalq səviyyədə mövcud olan Standart 26 illik fəaliyyəti nəticəsində 78 ölkə və 10.000-dən çox şirkəti əhatə edir. Cari 6-cı nəsil standartı isə 2015-ci ildə beynəlxalq səviyyədə fəaliyyətə keçib.

Tarix
2018.02.23 / 17:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla