Yuxarı

Vəhdət Partiyası seçkidə o namizədi dəstəkləyəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vəhdət Partiyası prezident seçkilərində hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevi dəstəkləyəcək.

Report-un xəbərinə görə, bu barədə qərar partiyanın Baş Məclisində qəbul olunub.

Qərarda deyilir ki, Vəhdət Partiyası 2006-cı ildən indiyə kimi Azərbaycan Prezidenti İlham Əliyevin strateji xəttinin müdafiə olunması barədə qərarlar qəbul edib. Sonuncu dəfə partiyanın 2016-cı il mayın 22-də keçirilən qurultayında da analoji qərar qəbul edilib. Partiya hesab edir ki, hazırkı seçkidə Yeni Azərbaycan Partiyasının və onun sədri İlham Əliyevin potensial rəqibləri yoxdur: "Məhz İlham Əliyevin dövlətə rəhbərlik etməsi nəticəsində Azərbaycanda möhkəm sabitlik yaranıb, kəskin iqtisadi artım təmin edilib, uğurlu xarici siyasət aparılıb. Dağlıq Qarabağın Azərbaycanın suverenliyinə qaytarılmasına ümidlər artıb, cəmiyyətdə təşkilatlanmış antaqonist ziddiyyətlər zəifləyib, xalqın sosial rifah halı yüksəlib, ciddi iqtisadi siyasi islahatlara başlanılıb. Ölkənin hərbi potensialı artıb, mütəşəkkil cinayətkarlıq əhəmiyyətli dərəcədə aradan qalxıb. Azərbaycanın Beynəlxlaq imici möhkəmlənib, qeyri- neft sektorunda canlanma yaranıb".

Bütün bunları nəzərə alaraq və Vəhdət Partiyası 2018-ci il aprelin 11-nə təyin edilən prezident seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyevin namizədliyini müdafiə edəcək. Bunun üçün partiya sədri, deputat Tahir Kərimlinin rəhbərliyi ilə seçki qərargahı yaradılacaq və müvafiq təşkilatı təbliğatı tədbirlər həyata keçiriləcək.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib.

Tarix
2018.02.24 / 14:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev fərman imzaladı

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... - Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla