Yuxarı

Bakı-Astara qatarında tarakanlar yuva salıb – Fotolar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-Astara qatarında tarakanlar yuva salıb – Fotolar

Bakı-Astara qatarında iyrənc vəziyyət yaranıb.

Axar.az-ın əməkdaşı cənub bölgəsinə səfəri zamanı vaqonlardakı dözülməz şəraitsizliyin, səliqəsizliyin, natəmizliyin hökm sürdüyünü görüb. Qatarda həşəratlar, cücülər, tarakanlar da "sərnişin" kimi səfər edirlər.

Ölkənin şimal-qərb istiqamətinə yeni qatarlar hərəkət etsə də, cənub zonasına hələ də Xruşşov dövründən qalma vaqonlar istifadədədir. Şimal-qərb bölgəsinə hərəkət edən qatarların vaqonları çox təmiz, səliqəli, komfortlu və genişdir.

Ancaq Bakı-Astara qatarında tam bir fəlakət yaşanır; havasızlıq, köhnə oturacaqlar, natəmiz tualet, darısqallıq, tarakanların gəzintisi sərnişinlərə işgəncə verir. Tualeti, perronu bərbad vəziyyətdə, döşəküzləri saralmış, soluxmuş... Hətta bunlar bir yana, qatar 350-400 kilometrlik bir yolu təxminən 9-10 saata gedir.

Bir neçə il əvvələ qədər bu istiqamətə elektrik qatarları hərəkət edirdi, sərnişinlər də çox razı idi. Çox təssüflər ki, elektrik qatarını tələbat azlığı adı ilə ləğv etdilər. Marqlıdır ki, qiymətlər artdıqca dəmiryolunda sərnişinlərin daşınma keyfiyyəti və onlara xidmət daha da pisləşir.

Bakı-Astara qatarında kupyə bilet 7 manat olsa da, heç də xidmət, şərait bu qiymətə mütənasib deyil. Dövlət büdcəsindən son illərdə bu sahəyə 800 milyon manata yaxın vəsait (1 milyard dollar) ayrılıb. İnfrastrukturun, texnikanın bu cür bərbad durumda olması irimiqyaslı yeyintilər haqda şübhə yaradır.

Tarix
2014.08.03 / 20:16
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bakı və London ilk konsulluq məsləhətləşmələri keçirdi

Yaxın zamanda Zəngəzur dəhlizi açılacaq - Səfir

Azərbaycan və ABŞ strateji tərəfdaşlığı nəzərdən keçirir - Hacıyev

Ermənistan MTX-nin hərbi hissəyə basqını... - Nə baş verir?

İlham Əliyev gərginlik keçirən generallara deyir ki...

Nazirin həyat yoldaşı Azərbaycanla danışıqlara qatılır

Muradovun rəhbərlik etdiyi zavodda maaş qalmaqalı...

Erməni həmkarlarla birgə əhalini buna hazırlayırıq - Hacıyev

Zəfər Gününün beşinci ildönümü ilə bağlı bəyanat

Zəngəzur dəhlizinin Azərbaycan hissəsi nə vaxt tamamlanır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla