Yuxarı

Baş kulinar: "Haydı, quduz çaqqal ovuna…"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş kulinar: "Haydı, quduz çaqqal ovuna…"

"Hər ŞƏHİD üçün əlavə olaraq düşmən torpağından da pay almalıyıq".

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Kulinariya Assosasiyasının Baş direktoru Tahir Əmiraslanov öz Feysbuk səhifəsində yazıb.

"Hər kəs Vətən yolunda öldürməyə hazır olmalıdır", - deyən Tahir Əmiraslanov sülh sazişinin İrəvanda imzalayana qədər bir olmağımızı istəyib:

"Hörmətli dostlar, vətəndaşlar, mənə hörmətlə yanaşanlar və nifrət edənlər, şiələr, sünnilər, xristianlar, yəhudilər və başqaları. Azərbaycan vətəndaşları bir-birinizi, dövləti, ayrı-ayrı fərdləri, varlıları ya kasıbları günahlandırmağa enerji, güc, vaxt sərf etməyin. İndidən gücümüzü parçalamayın. Bizim hamımızın bir düşmənimiz var. Kimin kişiliyi çatır, düşməni söysün, döysün, vuruşsun. Yalnız düşmənə qarşı olan bizdəndir. Qalanları ya rədd olsunlar, ya gözləsinlər, əl ayağa dolaşmasınlar. Düşmənlə qurtaraq, sonra bir- birimizlə hər şeyi ayırd edərik. Hər kəs öz yerində vəzifəsini yerinə yetirsin, hər an Vətən yolunda öldürməyə hazır olsun. Qanımızın üzərində siyasi xal qazananlar imkan verin, torpaqlar qayıtsın, onda sizlərin yiyələnməyə daha böyük əraziniz olacaq. İndi bizi uduzdursanız, siz hansı ölkənin siyasiləri ola biləcəksiniz? Hər kəs ordu üçün, hər kəs vətən üçün. Hamımız bir yumruğa dönək bu çaqqalın dişlərini qarnına yeritmək üçün. Haydı, quduz çaqqal ovuna. Ovumuz uğurlu olsun. Öz torpağımız uğrunda. Sülh sazişini İrəvanda imzalayana qədər bir olaq. Xahiş edirəm".

Tarix
2014.08.04 / 18:45
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla