Türkiyədə çalışan azərbaycanlı iş adamı, "Palmali
Qrup"un prezidenti Mübariz Mənsimov "Milliyyət" qəzetinə müsahibə
verib. Müsahibənin azərbaycanlı oxucular üçün maraqlı olacağını
nəzərə alıb, təqdim edirik:
Qaradənizin əsas daşıyıcısı
Mübariz Mənsimov Türkiyənin Bodrum şəhərində Yalıkavakda
tikdikləri Palmarinanın arxasındakı ərazidə Parisin məşhur
prospekti Şanzelizə oxşayan bir prospekt inşa edəcəklərini, bu yay
ora Las Veqas və Brodvey şoularını gətirəcəklərini söylədi. O,
270-dən artıq gəmisi ilə Qara dəniz neft daşıyıcılığının 100-də 65
faizini həyata keçirir. İşinin böyük qismi dənizdə olsa da, 40
ölkədə 45 min işçisi olan "Palmali Qrup"u, eyni zamanda, enerji,
daşınmaz əmlak və turizm sektorunda da yatırımlar edir.
Parisi Bodruma gətirən
"Palmali Qrup"un bu qədər sürətlə böyüməsində 12 yaşından bəri
sadəcə 3 saat yatmasının, yoxsa hərbçi ailəsindən olduğu üçün o
intizamı həyatında əsas qanun kimi qəbul etməsinin payının daha çox
olması məlum deyil, amma Mənsimovun enerjisinə çatmağın çətin
olduğu məlumdur. Bodrumda 120 metrlik gəmilərin belə yan aldığı
Palmarinanı 5 aya tikdirmişdi. Elə bilirdik bitib. Sən demə, hələ
Parisin məşhur Şanzelisiz (Champs-Elysees) prospektı varmış.
Palmarinanın arxasında Parisi canlandıracaqlar. Səki kafelərinin,
restoranların olacağı prospekt Şanzelisizdən geri qalmayacaq.
Bodrumdakı marinanın arxasında yerləşən böyük torpaq sahəsi bunun
üçün ayrılıbmış.
Mənsimovun iş görmə sürətinə baxdıqda "yerli Şanzelisiz"in 3-4
ay içində tamamlanacağını təxmin etməküçün öncəgörən olmağa ehtiyac
yoxdur. "Marina 5 ayda 45 milyon TL endossament edir. Sadəcə biz
yox, Bodrum da qazandı. Buradan Aralıq dənizinə açıldı", -
deyir.
İndi Yalıkavakda 500 milyon dollarlıq nəhəng bir turizm
kompleksi sərmayəsinə başlayırlar. Gördüyüm qədəriylə bu
sərmayələrlə Bodrumun mərkəzi Yalıkavaka doğru sürüşür. Həftədə 4
gün yemək bişirir, plovu əladır.
Uzun müddət tək yaşadım
- Dənizçilər gözəl yemək bişirər? Mətbəxlə aranız necədir?
- Uzun müddət tək yaşadığım və gəncliyimdə bir müddət gəmidə
aşpazlıq etdiyim üçün bilirəm də, sevirəm də yemək bişirməyi.
Müxtəlif növ yeməklər bişirə bilirəm. Evdə olanda həftədə 3-4 gün
yeməyi özüm bişirirəm. Uşaqları məktəbə aparmazdan əvvəl nahar
hazırlamağı, stress atmaq üçün, dostlarım üçün yemək bişirməyi
sevirəm. Makaronu, plovu gözəl bişirirəm.
Boru, dəniz rəqib ola bilməz
- Yeni neft boru xətti "Trans Anadolu Qaz Boru Xətti"
proyektində (TANAP) varsınız?
- SOKAR-la onsuz da həmkaram. Çox işlərdə birik.
- Binaya girərkən rast gəldiyim oğlunuz Məcidə "atan nə işlə
məşğuldur" deyəndə "gəmiçidir" dedi. Ən böyük işiniz neft
daşıyıcılığıdır, həqiqətən də... Boru xəttləri tankerlərə
rəqibdir?
- Əsas işimiz, bəli, neft quyularının xidmətləri, nəqliyyat,
tankerlərdi, dünyada ilk üçlüyə girən flotumuz var. Liman işlərimiz
var. Sualınıza gələndə isə qətiyyən elə deyil. Dəniz daşıyıcılığı
tarix boyu ən ucuz, ən effektiv nəqliyyat növü olub. İstər qatar,
istər təyyarə nəqliyyatından çox aşağı qiymətə başa gəlir.
- Bakı-Ceyhan boru xəttindən illik 50 milyon xam neft gəlir. Bu
gəmilərə ziyan verir?
- Xeyr. Boruyla gələn neft zatən dəniz olmayan yerlərdən gəlir.
Dəniz olan yerdə boru daşıyıcılığı effektiv deyil, sərf eləməz.
Gəmiçiliyin alternativi gələcək 50 ildə belə olmayacaq.
- Neft daşıyıcılığının nə qədərinə nəzarət edirsiniz?
- Qara dəniz neftinin 100-də 65-dən çoxuna biz nəzarət
edirik.
Şahəng ilə eyni cür hərəkət edirik
- Marinaya böyük pul yatırdınız? İlk 5 ayda nə qədər yatırım
etdiniz?
- 120 metrlik gəmi belə bu yay bizim limana gəldi. İyundan
başlayaraq bu günə qədər ilk 5 ayda 45 milyon TL yatırım
edilib.
- Yeni turizm kompleksiniz harada olacaq? Nə qədərə başa
gəlir?
- Yenə Yalıkavakda. Çox lüks bir otel tikdirəcəyik. Bura 500
milyon dolları keçər. İçində otel, villalar, qolf sahəsi olacaq.
2014-cü ildən başlayacağıq, bir ilə bitirməyi planlaşdırırıq. Bu il
hələ ki, Marinanın böyüməsi var. Biz marinanı hələ bitirməmişik. Bu
il onu da tamamlayacağıq...
- Fərid bəylə ortaq nə edəcəksiniz?
- O hələ məlum deyil. Fərid Şahəng istəsə ortaq olar. Tək də ola
bilərik. Biz Fərdi Şahəng ilə qardaşıq, istədiyi an, istədiyi
nisbətdə, istədiyi şirkətə, istədiyi qiymətlə ortaq olar. Bizim
aramızda söz ola bilməz. Çox sevdiyim bir insandır. İkimizin də
başı eyni işləyir. O da mənim kimidir. Çox düşünməyi sevməz,
sürətlə qərar verər. Sürətlə irəli gedər. Marinadakı restoranların
az qala hamısı "Doğuş Qrup"a aiddir.
"Palmalife"ın detoks qrupu qışda İstanbulda işləyəcək
- Çox şıx görünürsünüz. Detoks oteliniz var. İdman
edirsiniz?
- Hər səhər üzür və qaçıram. Amma son vaxtlar 1.5 kilo
kökəlmişəm. Bodrumdakı "Palmalife" otelimizin detoks qrupu qışda 3
ay İstanbulda işləyəcək. Gündə iki saatlıq paketlər
hazırlayacaklar.
Onlar gələnə qədər verə bilməsəm mən də o paketlərdən götürəcəm
artıq! Sağlamlıq, konqres, qolf turizmi, marina, bunlar Bodrumun
ehtiyacı olan sərmayələr. Qış aylarında bir fabrikdə 5 adam işləsə
belə, cəmi 300-400 adamlıq izdiham yaranar. Bodrum sezonluq bir yer
olmaqdan çıxmalıdır. Bodrum Türkiyənin ən qiymətli yerlərindən
biridir.
Bilirəm, müharibədən heç kim xeyir görməz.
- Üç il əvvəl ermənilərlə sərhədin açılmasıyla bağlı
Azərbaycanla əlaqələrimiz gərginləşdi. Bir müddət əvvəl Azərbaycan
prezidenti Əliyev ölkəmizə ziyarət edib Ərdoğanla görüşdü. Yeni
səhifə açıldığı görülür. Siz nə düşünürsünüz?
- Türkiyə prezidenti Abdulla Gülün Əliyevin şərəfinə verdiyi
ziyafətdə mən də var idim. Bir Azəri olaraq çox xoşbəxtəm. Bu gün
artıq iki dövlətin təkcə şüarlarda deyil, həqiqətən tək bir millət
olduğunu görürük. Sözün düzü, Ermənistanla sərhədlərin asanlıqla
açılacağını düşünmürəm. O sərhədi türk xalqı bağlayıb. Onsuz da,
baş nazir Ərdoğan, "Qarabağ problemi həll edilmədiyi müddətcə o
sərhəd açıla bilməz", deyib. Təbii ki, Qarabağ problemi həll
edilsə, açılsın, niyə açılmasın. Özüm hərbçi nəslindən olsam da,
bir şeyi bilirəm ki, heç bir müharibədən heç bir xeyir gələ bilməz.
Azərbaycan torpaqlarını geri versələr, hər şeydən əvvəl Ermənistan
üçün yaxşı olar. Azərbaycan ilə, Türkiyə ilə ticarət əlaqələri
inkişaf edər. Kasıb vəziyyətdə yaşayan Ermənistan xalqı da daha
xoşbəxt həyat sürər. Bir lobbi icazə vermir bu işin dostluqla,
razılaşma ilə bitməsinə. Düşmənlik, kin yaxşı şey deyil.
- Düzələn əlaqələrin iş dünyasına təsiri necə olar?
- Bilirsiniz, Əliyevin siyasəti çox dəqiqdir. İstəyi Türkiyədən
iş adamlarının Azərbaycana gedib tenderlərə qoşulub sərmayə
qoymağıdır. Eyni cür Azəri iş adamlarının Türkiyədə iş qurması.
Bunu həmişə prioritet hesab edib. Azərbaycanın son üçü ildə
Türkiyədə qoyduğu sərmayə 17 milyard dollara çatıb...
Mənsimovla reportaj edərkən 13 yaşındakı qızı Nüşabə
otağa girdi. Piano dərsinə getməmişdən əvvəl atasına baş çəkməyə
gəlmişdi. O vaxta qədər suallara böyük ciddiyyətlə cavab verən
atasını möhkəm-möhkəm qucaqlayanda cib teleonumun kamerası işə
düşdü, fürsəti qaçırmadım!
Pomidor, pendirlə hazırlanmış buterbrod ən sevdiyim
yeməkdir
- 15 il əvvəl Türkiyəyə gəlib burada yaşamağa başlayan Mübariz
Mənsimov ilə bu qarşımda oturan Mənsimovun lüks vərdişləri necə
dəyişdi?
- Bir çox türk iş adamını başa düşmürəm. İqtisadiyyat sinifində
buna sadə həyat deyər. Xeyr, əfəndim, buna xəsislik deyirlər.
Qazancımın yüzdə 10-nu özümə, ailəmə, dostlarıma xərcləməyi
sevirəm. Lüks nədir? Yetər ki, rahat olsun, hər şeyi geyinərəm.
Pomidor, pendirlə hazırlanmış buterbrod ən sevdiyim yeməkdir. 15 il
bundan əvvəl kiçik təyyarə ilə uçurdum, indi böyük təyyarə ilə
uçuram. Lüksdü, ya yox, mənimçün fərq etməz. Kiçik təyyarədə də bir
kresloda otururdum, böyükdə də. Ev desəniz? Sovet dövründə hər kəs
bərabər yaşayırdı, bilirsiniz. Dövlətin hər şeylə təmin etdiyi 60
metrlik bir evdə doqquz uşaq böyümüşük. Evin böyüklüyü xoşbəxtlik
mənasına gəlmir. Evdəkilər razılaşsa, balaca evə köçərəm. Üzməyi,
dənizin altında gəzməyi çox sevirəm. Suyun altının lüks olub
olmağını bilmirəm!
Varlı müştərini Bodrum Yalıkavak çəkdi
- Marinada daha nələr edəcəksiniz?
- Hələ üstündə tikinti aparmadığımız böyük bir ərazimiz var,
marinanın arxasındakı yolun üstündə. Orada daha çox əyləncə
sektorunu genişləndirəcəyik, dükanlar, restoranlar, küçə kafeləri
olacaq. Palmarinanın dünyada alternativi yoxdur, Şanzelisizin
balacası kimi təsəvvür edin. Uşaqlar üçün çox gözəl əyləncə mərkəzi
də olacaq. 40 milyon dollara başa gələcək. Palmarinanın dünyada
alternativi yoxdur. Bu dəqiqə 100 faiz doludur. Bir gündə 80
metrlik 6 gəmi yan alır... 3 milyard dollarlıq gəminin yan aldığı
çox gün oldu yayda. Hər gün ortalama 20 min adam Marinaya
girib-çıxdı. İtaliya, Yunan adalarından varlı müştəriləri ora cəlb
elədik. Yeni ildə daha böyükn surprizlər olacaq.
- Necə surprizlərdir bunlar?
- Doğuşun şirkəti İMG ilə Las Veqas, Brodveydən böyük şoular
gətirəcəyik. Razılaşmalar üçün Amerikaya gedirik. Məqsəd varlı
xarici turistləri Türkiyəyə cəlb eləməkdir. Bodrumun Marbelladan,
Portaçelidən, İbizadan, Naysdan, Monakodan çox daha üstün bir yer
olduğunu göstərmək istəyirik. Hal-hazırda Yalakavakda daimi işləyən
personalımız üçün ailələriylə birlikdə qalacaqları 300 adamlıq
mənzil tikirik. Köhnə Sovet Rusiyası kimi... Bodrumda üç otel, bir
Marinamız var. Biz mənzil verə bilmədyimiz personalımızın da
kirayəsini ödəyirik. Kommunist rejimin hər şeyi pis deyildi ki.
Təhsil, sağlamlıq xidmətləri, insanların bərabərliyi vardı.
İnsanların zəmanəti vardı.
İşçinə yaxşı şərait yaratmalısan
- Kapitalizm yaxşı işləmirsə, demokratiya demək deyil. Ən güclü
demokratik tərif sosializmdə var, hər kəsin bərabər olması. Amma
Sovetlər Birliyi dağılanda elə olmadığını gördük. Bu gün
kapitalizmin də çat verdiyini görürük. İşçinə yaxşı şərait
yaradacaqsan ki, qarşılığını görəsən. Dünyada ən çox neft daşıyan
bir nömrəli şirkətik. Bunu hər halda mən tək başıma etmədim,
kapitanlar, mühəndislər etdi. İl sonunda mütləq mükafat verirəm.
Uşaqlarıma da deyirəm, bizim yediyimiz çörək parçası işçilərimizin
sayəsindədir. Paylaşmağı bilmək məcburiyyətindəyik.
Xaricdə qazanıb Türkiyəyə yatırdım
- Otel xaricində hansı yatırımlarınız var?
- Mən xaricdə qazanıb Türkiyəyə yatırım etdim. Təkcə limanlara
qoyduğumuz sərmayə 1 milyard dolları keçib. Limanlarda 2 milyard
dollarlıq yeni gəmi sifarişimiz var. Enerjiyə böyük sərmayə
qoyuruq.
Futbolçunun anası bizim də anamızdır
- Fərid Şahənglə yaxın dostsunuz. Fənərbaxça bu il yaxşı
oynayır. Fərid bəy sizə sataşır?
- Heç futboldan danışmırıq. Fənərli qardaşım Fərdi bəy də,
"Qalatasaray"lılar da inciməsin, amma mənə görə Türkiyənin tək xalq
komandası "Beşiktaş"dır. Köhnə idmançıyam. Xuliqanlığı
dəstəkləmirəm. İdmanda xuliqanlıq, söyüş olmasın yetər. Mənim
Azərbaycanda klubum var. 9 milyonluq Azərbaycan xalqından 3 milyonu
bu komandanı dəstəkləyir. Ağızlarından bircə dənə də olsun söyüş
çıxmaz. Bu söyüşləri futboldan yığışdırmaq lazımdır. Futbolçunun
anası, bacısı bizim anamız, bacımızdır.