Yuxarı

Ermənilərin Ərzurumda törətdiyi dəhşətlər... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərzurumun düşmən işğalından qurtuluşunun və Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə bu şəhərdə Azərbaycan bulvarı, Heydər Əliyev parkında “100-cü il Qəhrəmanlar abidəsi”nin açılışı olub.

Axar.az xəbər verir ki, Ərzurum Böyükşəhər Bələdiyyəsi, Azərbaycanın Türkiyədəki səfirliyi, Eko Avrasya Dərnəyi və Türkiyə Dil və Ədəbiyyat Dərnəyi Ərzurum şöbəsinin ortaq həyata keçirdiyi tədbirdə AKP-nin Ərzurumdan olan millət vəkilləri İbrahim Aydəmir və Mustafa İlicalı, Azərbaycanın Qarsdakı Baş Konsulu Nuru Quliyev, millət vəkili Qənirə Paşayeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova və bir sıra rəsmi şəxslər, ziyalılar, QHT-lər iştirak ediblər.

Q.Paşayeva çıxışı zamanı cümhuriyyət qurucuları, onların fədakarlıqlarından, ermənilərin 100 il əvvəl Ərzurum və Azərbaycan torpaqlarında törətdiyi dəhşətli cinayətlərdən danışıb.

O bildirib ki, “Qəhrəmanlar abidəsi” türk millətinin 4 böyük qəhrəmanına - Nuri Paşaya, Mürsəl Paşaya, Kazım Qarabəkir Paşaya və Gəncəli Seyidova qoyulub.

“Birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi gücləndirməliyik”, - millət vəkili qeyd edib.

Q.Paşayeva sonda yerli KİV-in suallarına cavablandırıb, QHT-lər və yerli sakinlərlə görüşlər keçirib.

Tarix
2018.03.13 / 18:04
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla