Yuxarı

General və icra başçıları onlarla görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün əlamətdar hadisələrdə olduğu kimi, Novruz bayramı ərəfəsində - martın 17-18-də daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyevin başçılığı ilə nazirliyin nümayəndələri Sabirabadın Yeni Şəhriyar və Goranboyun Aşağı Ağcakənd qəsəbələrində müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşüblər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, nazir müavini doğma yurd yerlərindən didərgin düşmüş soydaşlarımızı qarşıdan gələn bayram münasibətilə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından təbrik edib, ən xoş arzularını çatdırıb. Qaçqın və məcburi köçkünlərin qayğı və problemlərinə, müraciətlərinə hər zaman diqqətlə, həssaslıqla yanaşılmasının əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğu, hazırda bu siyasətin uğurla davam etdirildiyi vurğulanıb.

Polis general-leytenantı İsmət Əliyev sosial müdafiəyə ehtiyacı olan bu insanların həyat, məişət şəraitinin yaxşılaşdırılması üçün görülən tədbirlərdən, ordu quruculuğu, iqtisadi qüdrətimizin daha da yüksəldilməsi, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahələrində əldə olunmuş uğurlardan söz açıb.

Qaçqın və məcburi köçkünlər adından çıxış edənlər dövlətimizin başçısının həyata keçirdiyi siyasət nəticəsində doğma torpaqlarına qayıdacaqlarına əmin olduqlarını, göstərilən daimi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları 68 min manat soydaşlarımıza təqdim olunub.

Görüşlərdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov və Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov iştirak ediblər.

Tarix
2018.03.19 / 23:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla