Yuxarı

Bayramınızın qara gəlməsini istəmirsinizsə… - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sürücülər unutmasın ki, müəyyən fraqmentlər çıxılmaqla ölkəmizdə 90 km/saat-dan yüksək sürətlə təhlükəsiz hərəkətin məsləhət görüldüyü yol yoxdur. Yolun hamarlığı, hətta müəyyən məsafədə aydın görünməsi sizi aldatmasın.

Axar.az xəbər verir ki, bu sözləri hüquqşünas, yol-nəqliyyat eksperti Ərşad Hüseynov xüsusilə bayram günlərində yollarda baş verən qəzalarla bağlı danışarkən deyib. Ekspert bildirib ki, yollarımızda ən təhlükəli qayda pozuntuları yüksək sürət, yanlış ötmələr və başqa lazımsız sərt manevrlərdir:

“Qarşıdan bir həftəlik bayram və istirahət günləri gəlir. Təcrübə göstərir ki, məhz belə davamlı istirahət günlərində yollarda qəzaların sayı artır. Respublika əhəmiyyətli yollarda avtomobillə uzaq səfərlər intensivləşdiyindən ağır qəzalar da çoxalır. Bunun baş verməməsi üçün çox diqqətli və intizamlı olmaq lazımdır. Heç vaxt təhlükəsizliyinə əmin olmadığınız ötmə və başqa manevrlərə yol verməyin.

Unutmayın ki, müəyyən fraqmentlər çıxılmaqla, ölkəmizdə 90 km/saatdan yüksək sürətlə təhlükəsiz hərəkətin məsləhət görüldüyü yol yoxdur. Yolun hamarlığı, hətta müəyyən məsafədə aydın görünməsi sizi aldatmasın. Əgər belə yolu tam təcrid edib yalnız bir sürücüyə versələr, orada 250 km/saatla da sürmək olar, amma real həyatda heç vaxt belə olmur”.

Hüquqşünas bildirib ki, ağır qəzaların xeylisi aqressiv sürmə zəminində baş verir. Belə hallara isə bölgələrlə Bakını birləşdirən yollarda rast gəlinir:

“Yaz vaxtı duman və çiskin daha çox olur, ona görə də həmişə şəraitə, xüsusən görünmə məsafəsinə uyğun sürət seçin və lazımsız manevr etməyin.

Müşahidələr göstərir ki, ağır qəzaların xeylisi aqressiv sürmə zəminində baş verir. Bu aqressiyanın da əsas mənbələrindən biri bir-birimizə xoş olmayan münasibətimiz, qarşılıqlı hörmət və etimadın olmamasıdır. Yorğun halda yola çıxmaq çox təhlükəlidir. Əgər normal istirahət etməmisinizsə, risk etməyin, ani yuxulama həyatınızı alt-üst edə bilər.

Sərxoş vəziyyətdə sürmə isə ümumiyyətlə yolverilməzdir, həmişə ziyanlıdır: cəriməsi böyük, cəzası ağır, fəsadları da təhlükəlidir”.

Tarix
2018.03.20 / 11:00
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla