Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Yanvar 2019


Azərbaycanlı startap İsveçrədə müsabiqə finalında

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azercell Telekom və PAŞA Bankın dəstəyi ilə fəaliyyət göstərən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanlı startap İsveçrənin Lozanna şəhərində “Seedstars Summit ” müsabiqəsində iştirak edib.

Axar.az xəbər verir ki, altmışdan çox startapın qatıldığı müsabiqədə 12 nəfər finalçı seçilərək 1.000.000 ABŞ dolları qazanmaq uğrunda yarışıblar. Azərbaycanı müsabiqədə ötən il ölkədə keçirilən seçmə turun qalibi “Wake Me Up” layihəsi təmsil edib. Nəzərinizə çatdıraq ki, “Wake Me Up”, xüsusi olaraq hazırlanmış eynək vasitəsi ilə qəzalara səbəb olan vəziyyətlərdə ani gələn yuxunun qarşısını alan yeni və əvəzedilməz texnologiyadır. Mexanizmin işləmə prinsipinə əsasən emal qurğusu sensordan gələn siqnalı qəbul edərək 1 saniyə belə gecikmə olmadan eynək üzərində yerləşdirilmiş səs və vibrasiya sensorlarını işə salır. Hər dəfə yatmaq təhlükəsi yarananda cihaz bunu müəyyən edərək təhlükələrin qarşısını alır.

Qeyd edək ki, Seedstars inkişaf etməkdə olan ölkələrdə texnologiya və sahibkarlıq vasitəsilə insanların həyatına təsir etmək məqsədi daşıyan İsçevrənin şirkətlər qrupudur. Müxtəlif startap axtarışları, şirkətlərin qurulması və sürətləndirmə proqramları vasitəsilə hazırda bu komandanın yüzlərlə ölkədə sahibkarlara, investorlara, korporasiyalara və dövlət rəsmilərinə çıxış imkanı var. Bu il baş tutan müsabiqədə Asiyadan, Afrikadan, Avropadan 75-dən çox ölkə iştirak edib. Kiifayət qədər nüfuzlu investorların, şirkət rəhbərlərinin qatıldığı müsabiqədə sağlamlıq, texnologiya, ekologiya, sosial şəbəkələr və digər əhəmiyyətli mövzularda panel müzakirələr aparılıb.

Məlumat üçün bildirək ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə "Azercell" şirkəti tərəfindən yaradılmış layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsinda fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startup-ları dəstəkləyərək onların müstəqil şirkətlər kimi fəaliyyət göstərməsinə kömək edir.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Tarix
2018.04.16 / 18:12
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Azərbaycanda oğlan çox doğulur, yoxsa qız? - Statistika

Xəzərdə tufan: Neft Daşlarında meydança dağıldı

Kürdəmir silkələndi - Zəlzələ

İlham Əliyev Mehman Hüseynovla bağlı tapşırıq verdi

Azərbaycan əhalisinin sayı açıqlandı

Babək prospektindəki təmir başa çatdı - Foto

Hidayət Abdullayev qohumunu yanına apardı – Təyinat

BNA havaya görə sürücülərə müraciət etdi

Şəkidə ağır qəza: ölən və yaralanan var

Mehman İlham Əliyevə müraciət etdi - Mətn

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla