Yuxarı

Türkiyə vətəndaşını geri istədi, Bakı həbs etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə axtarışda olan Mustafa Ceyhan Yaşar oğlunun öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyi və Baş Prokurorluğun təqdimatı üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən dövlət ittihamçısının ötən proses verdiyi vəsatətlə müzakirə edilib.

Qeyd edək ki, ötən prosesdə prokuror təqsirləndirilən şəxsin həbs müddətinin uzadılmasını və onunla bağlı Dövlət Miqrasiya Xidmətinə və BMT-yə soruğu verilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili də sorğularla bağlı verilən vəsatətin təmin edilməsini, lakin həbs müddətinin uzadılması ilə bağlı vəsatətin təmin edilməməsini istəyib.

Daha sonra hakimlər qərar qəbul etmək üçün müşavirəyə yollanıb.

Müşavirədən qayıdan hakimlər qərar qəbul edib.

Məhkəmə vəsatətləri təmin edib. Mustafa Ceyhan haqqında həbs qətimkan tədbiri seçilib. Növbəti proses aprelin 30-da davam edəcək.

İttihama görə, Türkiyə vətəndaşı Mustafa Ceyhan Fətullahçı Terror Təşkilatını (FETÖ) üzvü olmaqda ittiham edilərək, barəsində ölkəsində axtarış elan olunub. O, ötən ilin aprel ayında Gürcüstan Respublikasından Azərbaycana qanunsuz yolla keçmək istəyən zaman həbs edilib.

Qazax rayon Məhkəməsinin hökmü ilə Mustafa Ceyhan Azərbaycan Respublikasının sərhədlərini qanunsuz yolla keçməyə cəhd etməkdə ittiham olunaraq, 1 il müddətinə azadlıqdan məhrum edilib.

Daha sonra Türkiyə Respublikası Mustafa Ceyhanın ekstradisiya olunması ilə bağlı Azərbaycana müraciət edib.

Tarix
2018.04.20 / 11:39
Müəllif
Hacı Zeynalov
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla