Yuxarı

Şad xəbər: Yeni qatar sabahdan xəttə buraxılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı metrosunun yeni qatarı sabahdan etibarən xəttə buraxılacaq

Bu barədə Axar.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev açıqlama verib.

O bildirib ki, qatarın Rusiyadan gələn mütəxəssis heyəti ilə bərabər yerli mütəxəssislər tərəfindən fəaliyyətə hazırlanması prosesi başa çatıb. Avadanlıqlar quraşdırılıb, sazlanma işləri aparılıb. Artıq sabahdan etibarən qatar xəttə buraxılacaq.

N.Paşayevin sözlərinə görə, qatarların hər biri 5 vaqondan ibarətdir. Bu vaqonlar 4-cü nəsil vaqonlar adlanır və 2015-ci ildə alınan yeni vaqonlardan bir çox üstünlükləri ilə fərqlənir. Yeni qatarların istismar müddəti təxminən 31 ildir. Yeni qatarların hər bir vaqonunda 16 USB portu var. Vətəndaşlar portlar vasitəsilə telefon və planşetlərini enerji ilə təmin edə biləcəklər.

Xatırladaq ki, “Bakı Metropoliteni” QSC Rusiyanın “Metrovaqonmaş” ASC şirkəti ilə 2 yeni qatarın alınmasına dair müqavilə imzalayıb. Yeni qatarların alınması ilə bağlı müqaviləni “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov və “Metrovaqonmaş” şirkətinin baş direktoru Boris Boqatıryev imzalayıb. Artıq ilk qatar Azərbaycandadır. Digər qatarın da gələn ayın sonuna kimi gətirilməsi planlaşdırılır.

Tarix
2018.04.20 / 18:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla