Yuxarı

Azərbaycanın yeni baş nazirinin – Həyat yolu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis Prezident İlham Əliyevin baş nazir vəzifəsinə təqdim etdiyi PA şöbə müdiri Novruz Məmmədovun namizədliyini təsdiqləyib.

Axar.az xəbər verir ki, Novruz İsmayıl oğlu Məmmədov 15 mart 1947-ci ildə Babək rayonunun Şıxmahmud kəndində anadan olub. 1964-cü ildə orta təhsilini başa vuran Novruz Məmmədov Azərbaycan Pedaqoji Dillər İnstitutunun Avropa dilləri fakültəsinin fransız dili şöbəsinə daxil olub. 1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib.

1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə isə yenidən Əlcəzairdə tərcüməçi və baş tərcüməçi işləyib.

N.Məmmədov 1992-1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı vəzifəsində çalışıb.

1997-ci ildə Prezident Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilən N.Məmmədov 1995-ci ildən 1997-ci ilə qədər Heydər Əliyevin fransız dili tərcüməçisi olub.

2002-ci ilin yanvarında prezident fərmanı ilə ona “Fövqəladə və səlahiyyətli səfir” rütbəsi verilib.

N.Məmmədov 1998-ci ildə Azərbaycan-Fransa dostluq münasibətlərinin möhkəmlənməsində xidmətlərinə görə Fransa Prezidenti Jak Şirak tərəfindən Legion d’Honneur - "Fəxri Legion" ordeni ilə təltif edilib.

2007-ci ildə isə Prezident İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni, 2017-ci ildə isə "Şərəf" ordeninə layiq görülüb.

N.Məmmədov 12 aprel 1997-ci ildən 1 iyun 2017-ci ilə qədər Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələlər üzrə köməkçisi, 29 noyabr 2012-ci ildən 1 iyun 2017-ci ilə qədər Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbərinin müavini, 1 iyun 2017-ci ildən indiyə qədər isə Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri və Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi vəzifələrini icra edib.

Azərbaycan, fransız, rus, ingilis və türk dillərini mükəmməl bilən N.Məmmədov Azərbaycan Dillər Universitetinin fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiridir.

O, onlarla kitabın, 150-dən çox məqalənin müəllifidir. Onun yüzlərlə tərcüməsi və rəhbərlik etdiyi, baş redaktoru olduğu nəşrləri var.

Evlidir. Üç övladı və nəvələri var.

Tarix
2018.04.21 / 12:47
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla