Yuxarı

Yeni nazirin - İlk çıxışı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın yeni təyin olunmuş kənd təsərrüfatı naziri İnam Kərimov Nazirliyin kollektivinə təqdim olunarkən öz çıxışında 3 əsas fəaliyyət prinsipini açıqlayıb.

Axar.az xəbər verir ki, nazir fəaliyyətində düzgün və səmərəli idarəçilik, kəndli və fermerlərə yaxınlıq (şəffaflıq, səmərəlilik, hesabatlılıq), innovasiyalarının tətbiqinin əsas götürüləcəyini qeyd edib.

O, fermerlərin qarşılaşdıqları problemlərin araşdırılması və həlli yollarının tapılması, diqqət və qayğını artırmaqla onlara daha yaxın olmaq, innovasiyaların, xüsusilə “Elektron Kənd Təsərrüfatı” layihəsinin tətbiqinin genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçiriləcəyini vurğulayıb.

Xatırladaq ki, İnam İmdad oğlu Kərimov kənd təsərrüfatı naziri vəzifəsinə Prezident İlham Əliyevin 21 aprel 2018-ci il tarixli sərəncamı ilə təyin edilib.

Tarix
2018.04.23 / 15:27
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Slovakiya baş naziri Bakıda

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Robert Fiko Azərbaycana gəlir

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla