Yuxarı

DSX sərhəddə əməliyyat keçirdi: bir nəfər tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları 1 nəfər xarici vətəndaşın dövlət sərhədini pozmasının qarşısını alıb.

Bu barədə Axar.az-a DSX-nın Mətbuat mərkəzindən məlumat verilib.

Dövlət sərhədinin pozulması halı Xudat sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Qusar rayonunun Şirvanovka kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa hazırlaşan naməlum şəxs sərhəd naryadı tərəfindən aşkar olunub və hərəkətləri nəzarətdə saxlanılıb. Sərhəd pozucusu sərhəd zastavasının mühəndis-texniki çəpərinin məftillərinin arasından keçərək sərhədboyu zolağa daxil olduqdan sonra sərhəd naryadı tərəfindən saxlanılıb. Sərhəd pozucusunun şəxsiyyəti dəqiqləşdirilib, onun 1991-ci il təvəllüdlü Özbəkistan vətəndaşı Tukhtasinov Tolibjon Rahmanjon oglı olması müəyyən edilib.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Tarix
2018.04.25 / 17:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə bu ölkə ilə ticarəti kəsdi: milyardlardan imtina etdi

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla