Yuxarı

Mərhum jurnalistin bacısından Rövşən Rzayevə - Müraciət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum jurnalist Zabil Müqabiloğlunun bacısı, Zəngilan rayonundan qaçqın düşmüş Sevinc Fərhadova Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə müraciət edib.

Axar.az xəbər verir ki, 2015-ci ildə atasını, 2016-cı ildə anası Solmaz xanımı itirdiyini qeyd edən S.Fərhadova ötən il qardaşı, tanınmış jurnalist Zabil Müqabiloğlunun vəfat etməsindən sonra tək qaldığını deyib.

“Qardaşım, ölkənin ən məşhur imzalarından olan Zabil Müqabiloğlu sağlığında "525-ci qəzet”, "Avropa”, "Tərcüman”, "Yeni Müsavat” qəzetlərində çalışıb və Gunxeber.com xəbər saytının baş redaktoru olub. Zabil bütün gəncliyini Azərbaycan mətbuatının inkişafına, ölkəmizin milli maraqlarının qorunmasına həsr etdi. İndi onun da bir övladı bizlərə əmanət qalıb”, - müraciətdə qeyd olunub.

O, Sabunçu rayonu Pirşağı qəsəbəsi Məşəl düşərgəsindəki mənzilinin bu il baş vermiş bədbəxt hadisə nəticəsində tamamilə yanıb kül olduğunu, hazırda qalmağa yeri olmadığını bildirib:

“Mən Sizə, dövlətimə sığınıram. İnanıram ki, məni bu çətinlikdən xilas edəcəksiniz. Xahiş edirəm ki, mənim mənzillə təmin olunmağım üçün lazımı göstərişlər verəsiniz”.

Tarix
2018.04.27 / 11:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ səfiri Füzulidə - Foto

Robert Fiko Azərbaycana gəlir

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla