Yuxarı

Məmurlara fantastik maaş təklif edildi – Səbəb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məmurlara fantastik maaş təklif edildi –

Hökumətə xeyli gənc kadrlar gəlib. Çox müsbət haldır ki, parlamentdən hökumətə həmkarlarımız cəlb olunub. Düşünürəm ki, onlar öz vəzifələrini layiqincə yerinə yetirəcəklər.

Axar.az xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev yeni kadr təyinatları barədə APA-nın sualını cavablandırarkən deyib. O bildirib ki, parlament böyük bir siyasi məktəbdir:

“Parlamentdən nazirlərin təyin olunması çox müsbət haldır və təqdir olunmalıdır. Nazir postu siyasi vəzifədir və bu vəzifədə də siyasi baxımdan hazırlıqlı insanlar olmalıdır. Hökumətin tərkibində xeyli dəyişikliklər baş verib. Əlbəttə, hökumətin nüvəsini təşkil edən fiqurların qalması önəmli idi. Hökumətdə prezidentə sədaqəti, öz işgüzarlığı ilə seçilən insanlar var və bu insanların yeni hökumətdə də təmsil olunmaları müsbət haldır”.

Millət vəkili təklif olaraq bildirib ki, ilk növbədə dövlət məmurlarının əməkhaqqı kifayət qədər artırılmalı və ixtisarlar aparılmalıdır:

“Prezident seçkiləri kampaniyasında da söyləmişdim ki, məmur ordusunun 1/3-i azaldıla bilər, buna çox böyük ehtiyac var. Sinqapurda baş nazir Li Kuan Yu böyük islahatlara başlayanda dedi ki, məmurların əməkhaqqını əhəmiyyətli səviyyədə artırmadan korrupsiyaya qarşı mübarizə aparmaq olmaz. O, nazirlərinə təqribən aylıq 100 min dollar əməkhaqqı verir. Hələ 2011-ci ildə Sinqapurda nazirlərin əməkhaqqı 36 faiz azaldıldı, o azalmadan sonra 100 min dollar əməkhaqqı alırlar. O zaman insanlar şoka düşmüşdülər ki, bu qədər aylıq maaş olar? Li Kuan Yu demişdi ki, nazirlərə normal yaşayışını təmin etmək üçün bu qədər pul verilməsə, onlar ayda 10 milyon oğurlayacaqlar. Demirəm ki, Azərbaycanda nazirlərə 100 min dollar vermək lazımdır. Ancaq ən azı 10 min dollar vermək lazımdır ki, sonra ondan oğurlamamağı tələb edəsən”.

Tarix
2018.05.03 / 11:50
Müəllif
Axar.az
Digər xəbərlər

Zəngəzur dəhlizi region üçün faydalı olacaq - Papuaşvili

Azərbaycan COP-a sədrliyi bu ölkəyə verdi

Erməni nümayəndələr Bakıda: Bu qərarlar qəbul edildi

Ramiz Mehdiyev Ermənistanla necə əlaqə saxlayırmış?

Rubionun “ruslar Trampa ötürüb” qalmaqalı: Xaos yarandı

Yanğında həlak olan azyaşlı vəkilin qızı imiş

Ölkədə breketə görə əsgərlikdən möhlət verilir? - Rəsmi

4 gəncin öldüyü “Lake Hotel”dən yeni xəbər var

"Forbes" İranın gücündən yazdı: Siyahıda Azərbaycan da var

Azərbaycan Türkiyə və Avstraliyanı bunun üçün təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla