Yuxarı

“Bakcell”dən ikiqat internet - Kampaniya

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Bakcell” şirkəti dövlət səviyyəsində qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə öz abunəçiləri üçün inanılmaz hədiyyə kampaniyası elan edib.

Şirkətdən Axar.az-a verilən məlumata görə, ən böyük milli şirkətlərdən biri olan Bakcell Azərbaycan vətəndaşlarına, ölkənin tarixi və adət-ənənələrinə yüksək dəyər verən və eyni zamanda müasir mobil rabitə istifadəçilərin ehtiyac və tələblərini anlayan innovativ telekommunikasiya operatoru kimi, sərfəli qiymətə yüksək keyfiyyətli həllər təklif edir.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd etmək məqsədilə, Bakcell özünün CİN və Klass abunəçilərinə 1-31 may 2018-ci il tarixlərində davam edəcək kampaniya çərçivəsində əlavə pul ödəmədən 100% daha çox internet təklif edir.

Beləliklə, xüsusi kampaniyanın şərtlərinə əsasən, may ayı ərzində 1GB və daha böyük həcmli internet paketini əldə edən hər bir abunəçi istifadə müddəti bir ay olan ikiqat internet trafiki əldə edəcək. Bu misilsiz kampaniya sayəsində Bakcell abunəçiləri 20 GB-dək pulsuz interneti hədiyyə şəklində ala biləcəklər.

Bu təklifdən yararlanmaq üçün abunəçilər kampaniyada iştirak edən internet paketlərindən (1GB, 1.5GB, 3GB, 5GB, 10GB və ya 20GB) birini əldə etməlidir.

Qeyd edək ki, bütün İnternet paketləri istifadə müddətləri bitəndən sonra balansda kifayət qədər vəsait olarsa, avtomatik olaraq yenilənir. İnternet paketlərdə təqdim edilən trafik bitəndən sonra, “yüksək sürət” xidməti aktivləşir.

Kampaniya barədə daha ətraflı məlumatla https://www.bakcell.com/az/double_internet_as_a_100th_anniversary_treat səhifəsində tanış ola bilərsiniz.

Abunəçilərin mobil data xidmətlərinə artan tələbatını qarşılamaq üçün Bakcell müasir smartfon istifadəçiləri üçün innovativ və sərfəli həllər təklif edir. Yüksək keyfiyyətli 4G şəbəkəsinə yatırılmış investisiyalar sayəsində, Bakcell abunəçiləri ən geniş əhatə dairəsi olan LTE texnologiyasından və ölkədə ən yaxşı mobil şəbəkənin bütün üstünlüklərindən istifadə etmək imkanına malikdirlər. “Bakcell” şirkətinin tətbiq etdiyi ən müasir “LTE Advanced” texnologiyası sayəsində, operatorun abunəçiləri saniyədə 225 meqabitə çatan sürətin imkanlarından yararlanırlar.

“Bakcell” şirkəti innovativ və son texnologiyalar əsasında yaradılmış xidmətlər, sərfəli kampaniyalar, yüksək keyfiyyət və geniş şəbəkə əhatə dairəsi ilə öz müştərilərini sevindirməyə davam edəcək.

Tarix
2018.05.03 / 17:26
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

Quterreş Əliyevlə Paşinyanın görüşünü yüksək qiymətləndirdi

Putin postsovet ölkələrinə müdaxilə üçün fərman imzaladı

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Rusiyanın Azərbaycana qarşı şaftalı savaşına Belarus da qoşuldu

Xameneinin Azərbaycana nifrətinin əsl səbəbi - İsrail KİV

BƏƏ-də tarixi görüş: İranın “qırmızı xətti” artıq yoxdur!

Əbu-Dabi görüşü niyə qabağa çəkildi? - Mühüm

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla