Yuxarı

Azərbaycan valisi erməni səfirlə görüşdü: etiraz başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şərqi Azərbaycan valisi Məcid Xudabəxşlə işğalçı Ermənistanın İrandakı səfiri Artaşeş Tumanyanın görüşü azərbaycanlıların etirazına səbəb olub.

Axar.az Günaz TV-yə istinadla xəbər verir ki, çərşənbə günü işğalçı Ermənistanın Tehrandakı səfiri A.Tumanyan Təbrizə səfər edərək Şərqi Azərbaycan valisi, Təbrizin bələdiyyə başqanı, Əli Xameneinin Şərqi Azərbaycan nümayəndəsi, Təbriz Universitetinin rəisi və digər yerli nümayəndələrlə görüşüb. Görüş işğalçı ölkə ilə Şərqi Azərbaycan əyaləti arasında əlaqələrin genişləndirilməsi məqsədi ilə keçirilib, rejim tərəfindən Azərbaycana təyin olunmuş nümayəndələr bu istiqamətdə müzakirələr aparıblar.

Şərqi Azərbaycan valisi Məcid Xudabəxş tərəflər arasında əlaqələrin inkişaf etdirilməsinə tərəfdar olduğunu bildirərək, bunun üçün yüksək potensial olduğunu bildirib. Tehranla İrəvanın isti münasibətindən söz açan vali vurğulayıb ki, Ermənistanla iqtisadi əlaqələrin inkişaf etdirilməsi İslam Cümhuriyyətinin əsas prioritetlərindən biridir.

Hökumətin maraqlarını müdafiə edən Şərqi Azərbaycan əyalətinin digər rəsmiləri Ermənistan səfiri ilə görüşdə oxşar mövqe sərgiləyiblər.

Azərbaycanın milli mənafeyinin əleyhinə yönələn görüş çox sayda azərbaycanlı sosial şəbəkə istifadəçilərinin etirazına səbəb olub, bir neçə saat ərzində Şərqi Azərbaycan Valiliyinin İnstaqram səhifəsində minlərlə etiraz şərhi dərc olunub. Bundan sonra Valilik İnstaqram səhifəsində etiraz komentlərinin yazılmasına qadağa qoyub. Valilik hətta Ermənistan səfiri ilə görüşün görüntülərini də İnstaqram səhifəsindən silib.

Soydaşlarımız yazdıqları şərhlərdə Şərqi Azərbaycanla Ermənistan sərhədlərinin bağlanmasını tələb edərək Ermənistan səfirinin Təbrizə səfər etməsini yerli məsulların türk millətinə xəyanəti kimi xarakterizə ediblər. Azərbaycan Cümhuriyyətinin 20 faiz torpaqlarını işğal altında saxlayan Ermənistan bütün sahələrdə İran rejimi tərəfindən dəstəklənir, İran rejiminin bu hərəkəti hər zaman güneylilərin etirazı ilə qarşılanıb.

Tarix
2018.05.26 / 20:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... - Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla