Yuxarı

Komitə açıqladı: Rüsum 10 faizə endirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci ilin 5 ayı ərzində Dövlət Gömrük Komitəsindən vergi və dövlət rüsumlarından büdcəyə 1 milyard 325 milyon 640 min manat daxil olub.

Axar.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Maliyyə Tarif və Valyuta Nəzarəti Baş İdarəsi, gömrük tariflərinin tənzimlənməsi şöbəsinin rəisi Əzizağa Hüseynov deyib. O bildirib ki, komitənin qarşıya qoyduğu proqnoz 964 milyon 710 mindir.

Ə.Hüseynovun sözlərinə görə, ölkədə maksimum gömrük rüsumları 15 faiz təşkil edir və gömrük rüsumlarında artım müşahidə edilmir:

"Ümumiyyətlə məhsullara görə bu rüsumlar dəyişə bilir. Məsələn, məhsuldan asılı olaraq 100 manata 15%, 10 % gömrük rüsumu tətbiq edilə bilir. Tətbiq edilən maksimum gömrük rüsumu isə 15 faizdən çox deyil. Gömük rüsumları dərəcələrinə görə 3 qrupa ayrılır- advalor, spesifik və kombinə edilmiş. Sonuncu adından göründüyü kimi, əvvəl qeyd edilən hər iki dərəcə növünü özündə birləşdirir. Spesifik rüsumlar xüsusilə spirtli içki, tütün məhsulları, avtomobillərə tətbiq edilir. Digər məhsullara isə advalor rüsumlar tətbiq edilir".

Ə.Hüseynov kərə yağına qoyulan dövlət rüsumunun 15 faizdən 10 faizə endirildiyini də diqqətə çatdırıb.

Tarix
2018.06.13 / 15:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla