Yuxarı

Azərbaycan silahları beynəlxalq sərgidə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan silahları beynəlxalq sərgidə...

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan hərbi təyinatlı məmulatlar Parisdə keçirilən "EUROSATORY-2018” beynəlxalq müdafiə və təhlükəsizlik sərgisində nümayiş etdirilir. Bununla bağlı müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti Fransada səfərdədir.

Nazirlikdən Axar.az-a bildiriblər ki, iyunun 11-dən öz işinə başlayan sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan 270 adda hərbi təyinatlı məmulat nümayiş etdirilir.

Dünyanın inkişaf etmiş ölkələrinin qabaqcıl şirkətlərinin qatıldığı "EUROSATORY” sərgisində ilk dəfə təmsil olunan Müdafiə Sənayesi Nazirliyinin nümayiş etdirdiyi məmulatlar, xüsusilə ilk dəfə beynəlxalq sərgiyə çıxarılan - 14,5 millimetrlik “NST” snayper tüfəngi, 81 millimetrlik minaatan, 12,7 millimetrlik silahla təchiz olunmuş məsafədən idarə olunan döyüş modulu, 81 millimetrlik atəş yığımı və “Tufan” minaya davamlı milli zirehli nəqliyyat vasitəsi, “Gürzə” patrul maşını, ”İstiqlal”, “Vaşaq” və “Yalquzaq” snayper tüfəngləri böyük maraqla qarşılanır.

Sərgi çərçivəsində nazir Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti tədbirə qatılan ölkələrdən - Türkiyənin “Havelsan” və “Çukurova”, İsrailin “Aeronautics”, Fransanın “Rokcell”, Almaniyanın ”Diehl” və Serbiyanın “Yugoimport” şirkətlərinin stendlərini ziyarət edib, nümayiş etdirilən yeni növ məmulatlarla yaxından tanış olub. Sərgiyə qatılan qabaqcıl şirkətlərin nümayəndələri ilə görüşlər təşkil olunub, yeni növ müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı üçün mövcud əməkdaşlıqların inkişaf etdirilməsi və yeni əməkdaşlıqların qurulması istiqamətində danışıqlar aparılıb. Eyni zamanda, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan hərbi təyinatlı məmulatların ixracına dair danışıqlar aparılıb.

Görüşlərdə nazir Yavər Camalov Beynəlxalq Sərgilər Bürosu tərəfindən 2025-ci ildə keçiriləcək “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi etməsi üçün Bakının irəli sürülmüş namizədliyinin dəstəklənməsi ilə bağlı müzakirələri davam etdirir.

Sərgi çərçivəsində cari il sentyabrın 25-dən 27-dək Azərbaycanda keçiriləcək “ADEX-2018“ üçüncü beynəlxalq müdafiə sərgisi ilə bağlı nazirliyin nümayəndə heyəti tərəfindən geniş məlumat verilir və dəvətlər çatdırılır.

"EUROSATORY-2018” beynəlxalq müdafiə və təhlükəsizlik sərgisi iyunun 15-də başa çatacaq.

Tarix
2018.06.14 / 19:59
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan nümayəndə heyəti İrəvanda... - Fotolar

Suriyadan 6 azərbaycanlı ölkəyə gətirildi

Əliyevin Ermənistan qərarı: Qarşıda hələ uzun yol var

Surət Hüseynov, Əli İnsanov, Əkrəm Əylisli… - Sırada kimdir?

Hazırda Bakı ilə bu məsələnin üzərində işləyirik - Mirzoyan

Azərbaycan sülhün reallaşmasına əlverişli şərait yaradıb

İlham Əliyev Orbanı təbrik etdi

1992-nin qışını xatırlayın: çörəyimiz yox idi... - Akopyan

Xarici ölkələrin NATO-dakı səfirləri Azərbaycana gələcək

Zəngəzur dəhlizi və BTQ bir-birini tamamlayacaq - Boyraz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla