Yuxarı

Düşmən Qarabağda qanunsuz müşahidə sistemləri qurur - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan işğal altında olan Qarabağın şimal-şərq istiqamətində qanunsuz müşahidə sistemləri qurur.

Ordu.az xəbər verir ki, "Feysbuk" sosial şəbəkəsində yayılan məlumatlara görə, bir müddət əvvəl Qarabağdakı qondarma qurumun "təhlükəsizlik xidməti"nin rəisi vəzifəsindən azad edilən Arşavir Qaramyan və onun sabiq müavini Qaqik Sarkisyanın rəhbərliyi ilə qoşunların təmas xəttinin şimal-şərq istiqamətində (Madagiz, Talış istiqaməti) xüsusi quruculuq işləri aparılır.

Tədbirlərin həyata keçirilməsinə qondarma qurumun "təhlükəsizlik xidməti"nin xüsusi təyinatlı əməkdaşları da cəlb edilib. Məlumata görə, bu işlər başa çatdırıldıqdan sonra qoşunların təmas xəttinin bu hissəsində qeyd olunan mövqenin sağ və sol cinahlarının müşahidəsi yaxşılaşdırılacaq.

Bu mövqenin də yüksək keyfiyyətli kamera ilə təchiz edildiyi və işə salındığı qeyd olunur. Yeni müşahidə sisteminin fasiləsiz işləməsi üçün günəş batareyası da quraşdırılıb. Müşahidə sisteminin heyətinə avadanlığın istismarı üzrə dərs keçilib. Bildirilir ki, bu işlərə 3 il əvvəl başlanılıb və işin yekunlaşdırılması üçün bir neçə mövqe qalırdı.

Tarix
2018.06.16 / 15:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla