Yuxarı

Xaçmazda reyd: Bu sürücülər cərimələndi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmazda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə keçirilən reyd zamanı qayda pozan 10 yaxın sürücü barəsində inzibati cəza tədbirləri görülüb.

Axar.az xəbər verir ki, reyd Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti (YPX) alayının II tağımının əməkdaşları tərəfindən Gəndov-Yalama yolunun Xudat şəhəri ərazisindən keçən hissəsində təşkil olunub. Bu yol ölkəmizin əsas turizm zonalarından sayılan Nabran istiqamətində yerləşdiyindən bayram günləri və yay aylarında hərəkətin intensivliyi xeyli artır.

Yolda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə keçirilən reyd çərçivəsində bir sürücünün avtomobili sərxoş halda idarə etdiyi müəyyənləşib. Qayda pozan sürücülərdən ikisi avtomobili etibarnaməsiz, dördü isə sürücülük hüququ olmadan idarə edib.

Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti alayının II tağımının baş inspektoru Telman Mustafayev bildirib ki, yay aylarında vətəndaşların bir çoxu şəxsi nəqliyyat vasitələrindən istifadə edərək istirahət zonalarına yollanır. Bununla əlaqədar yollarda hərəkətin intensivliyi artdığından sürücülər uzaq yola çıxarkən daha diqqətli olmalı, avtomobillərinin texniki sazlığını yoxlamalı, yol hərəkəti qaydalarına ciddi riayət etməlidirlər.

Tarix
2018.06.18 / 15:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla