Yuxarı

Bakıda məşhur marketdə dava: Rəhbəri döyüldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:06

“Bravo” marketlər şəbəkəsinin əməkdaşının döyülməsi ilə bağlı yayılan məlumatın təfərrüatı aydınlaşıb.

Axar.az xəbər verir ki, tanınmış jurnalist Həbibə Abdulla döyülən şəxsin qohumu olduğunu bildirib. O qeyd edib ki, yayılan məlumatda yanlışlıq var. Belə ki, “Bravo” marketlər şəbəkəsinin “Bülbül Ekspres" filialının rəhbərliyində təmsil olunan 1993-cü il təvəllüdlü Rusanov Pənah Rauf oğlu mağazaya ərzaq gətirən firma işçisinin istehsal tarixi olmayan məhsulunu qəbul etməyib:

“Firmanın işçisi isə dostcasına söhbətə çağıraraq qəfil zərbə ilə onu başından vurub. Pənahın başı əvvəldən problemli idi, ağrıları olurdu, müalicə ilə yaşayırdı, ona görə başından zərbə dəyən kimi huşunu itirib. Firma əməkdaşı da bundan istifadə edərək huşsuz halda olan adamı döyərək ciddi xəsarət yetirib. Gecə saat 3-ə qədər xəstəxanalarda qalmışıq”.

H.Abdulla P.Rusanovun və ailəsinin şikayətçi olmadığını, buna görə də qarşı tərəfin həbs edilmədiyini bildirib. Həmçinin vurğulayıb ki, qarşı tərəf belə yalan məlumat yaymaqda davam edərsə, şikayətçi olacaqlar.

Qeyd edək ki, Report “Bravo” marketlər şəbəkəsinin işçisinin döyüldüyü, ağır xəsarətlər aldığı və 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirildiyi haqda məlumat yaymışdı.

Tarix
2018.06.22 / 11:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla