Yuxarı

Azərbaycanlı turistlər Türkiyəni bu ölkəyə dəyişdilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il İrana gedən Azərbaycan vətəndaşlarının sayı artıb, Türkiyə, Gürcüstan, Rusiyaya gedənlərin sayı isə azalıb.

Trend-in məlumatına görə, 2018-ci ilin yanvar-may aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz artaraq 1645,6 min nəfər olub.

Ölkə vətəndaşlarının 30,7 faizi Gürcüstana, 28,5 faizi İrana, 21,7 faizi Rusiya Federasiyasına, 12,3 faizi Türkiyəyə, 1,7 faizi Ukraynaya, 1,3 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,8 faizi isə digər ölkələrə səfər edib. Səfər edənlərin 69,6 faizi kişi, 30,4 faizi isə qadın olub.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 15,4 faiz artıb, Türkiyəyə gedənlərin sayı 11,7 faiz, Gürcüstana gedənlərin sayı 2,6 faiz, Rusiya Federasiyasına gedənlərin sayı isə 1,7 faiz azalıb.

Cari ilin yanvar-may aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 80,3 faizi dəmir yolu və avtomobil, 18,8 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə edib.

Tarix
2018.06.23 / 01:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla