Yuxarı

Qayda pozan sürücülərin psixoloji problemi var? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir çox ölkələrdə yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər yol polisi tərəfindən aşkar edildikdə məcburi psixoloji müayinə mərkəzinə göndərilir. Həmin ölkələrdə yol polisi hesab edir ki, belə sürücülər psixoloji cəhətdən normal deyil. Psixoloq təklif edir ki, ölkəmizdə də bu qaydanı tətbiq etmək olar. Çünki tez-tez kobud qayda pozan sürücülərin psixoloji yardıma ehtiyacı var.

Yol hərəkəti üzrə ekspertlər isə bildirilər ki, bunu Azərbaycanda tətbiq etmək olar. Amma bəzi istisnalar var.

Dəfələrlə yol hərəkəti qaydasını pozan sürücülərə psixoloji yardım edilməlidir.

Axar.az-ın məlumatına görə, psixoloq Elnur Rüstəmov "Xəzər xəbər"ə açıqlamasında deyir ki, həqiqətən də əgər hanısa sürücü dəfələrlə yol hərəkəti qaydasını kobud şəkildə pozursa, bu, ciddi narahatlıq doğuran bir məsələdir.

Psixoloqun sözlərinə görə, sükan arxasında telefonla danışmaq, sərxoş vəziyyətdə avtomobil idarə edərək təhlükəli vəziyyətlər yaratmağın özü insanlarda psixoloji vəziyyətin nə qədər ağır olmasından xəbər verir. Əgər belə sürücülərlə mütəmadi məşğul olunarsa, yəni onlar məcburi psixoloji mərkəzlərə aparılarsa, yol-nəqliyyat hadisələrinin sayı da minumuma enər.

Yol hərəkəti üzrə ekspert Azər Allahverənov isə deyir ki, Avropadakı təcrübəni Azərbaycanda da tətbiq etmək olar. Amma bu yalnız ağır inzibati xəta törədən sürücülərə şamil edilməldir. Yəni sərxoş vəziyyətdə avtomobil idarə etmək, işıqforun qırmızı işığına məhəl qoymamaq, sürət həddini aşmaq və s. hallarda.

İstənilən halda bu təcrübə Avropada qəzaların sayının azalmasına səbəb olubsa, ölkəmiz üçün də uğurlu ola bilər.

Tarix
2018.06.25 / 01:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla